Facebook Pixel Code
GoMap XƏRITƏ
Aşağı Zeyid məscidi
Baxış sayı:

Aşağı Zeyd kənd məscidi - Məscid Xaçmaz rayonunun Aşağı Zeyd kəndində 1870-cı ildə inşa edilib. Həyətyanı sahəsi 500 kv.metr, iç sahəsi isə 8x10 metrdir. Düzbucaqlı formaya malik olan bu məscid çiy kərpiclə inşa olunub. Damı şiferlə örtülüb. Məscidin bir qapısı və üç pəncərəsi var. Onlar taxtadan düzəldilib. Məscidin döşəməsi və tavanı da taxta ilə işlənib. Döşəmədən tavanadək hündürlüyü 3 metrdir. Məscidin divarlarının qalınlığı 0,60 metrdir. Məscidin ön tərəfində eyvan yerləşib. Eyvanın sahəsi 15 kv.metrdir. Güldəstə formasında olan günbəzi dəmir təbəqə ilə işlənib. Məscid sovetlər dövründə də fəaliyyət göstərib. 1990-cı ildə burada kənd camaatı tərəfindən təmir işləri aparılıb.

Azərbaycan Məscidlərinin ensiklopediyası

  • Ünvan:
    Aşağı Zeyid kənd yolu, Xaçmaz, AZ2719
Avtobus
Son xəbərlər