Facebook Pixel Code
Alfred Nobel evi
Baxış sayı:
  • Ünvan:
    Alfred Nobel, 57/2, Bakı, Xətai, AZ1025
Avtobus
Nobel qardaşlarının evi – 1878-ci ildə Bakıya gələn Nobel qardaşları burada çox iş görüblər. Azərbaycanda neft sənayesinin əsasını qoyublar. Onlar Balaxanıda ilk neftçıxan sahəni, «Qaraşəhər»də kerasin zavodunu alıblar. Bakıda ilk neft kəmərini - Balaxanı-«Qaraşəhər» kəmərini yaradıblar. «Zərdüşt» adlandırdıqları ilk neftdaşıyan tankeri Xəzər dənizinə buraxıblar. Nobel mükafatının maliyyə vəsaitinin formalaşmasında birmənalı şəkildə Bakı neftinin müstəsna rolu olub. Nobel qardaşlarının evi Bakının Keşlə qəsəbəsində yerləşir. 1882-1884-cü illərdə tikilmiş Nobellərin evi 2007-ci ildə Bakı Nobellər İrsi Fondu tərəfindən bərpa edilib. Nobellərin evi Branobel şirkəti tərəfindən tikilmişdir. Evi tikən memarın adı məlum deyil. Nobel qardaşlarının evinə inzibati bina, isveç-alman məktəbi, teatr, xəstəxana və Nobellərin ailəsi üçün olan saray daxil idi. Ev 1919-ci ilədək Nobellərin şəxsi mülkü olub. Sonra dövlət tərəfindən özününkiləşdirilib. 2008-ci ildən Nobellərin ev-muzeyi kimi fəaliyyət göstərir. Ev-muzeydə Nobellər ailəsinə məxsus əşyalar toplanıb. Bu əşyaların bir qismi dünyanın müxtəlif ölkələrində keçirilən auksionlarda alınıb.http://www.anspress.com/siyaset/08-06-2011/norvec-kralliginin-veliehdi-hookon-nobel-qardaslarinin-bakidaki-ev-muzeyinde-olubhttp://www.azadliq.org/content/article/1329682.htmlhttp://baku.azerbaijan.travel/az/accommodation/214-Nobel-qardashlari-muzeyi-(Villa-Petrolea)
INSTAGRAM
posts
followers
Follow