1979-cu ildə Azərbaycan hökuməti tarix və mədəniyyət abidələri ilə zəngin Laçın rayonunda tarix-diyarşünaslıq muzeyinin yaradılması barədə qərar qəbul etmişdi. 1980-ci ildə muzeyin yaradılması üçün eksponatların toplanmasına başlanılmış, işin icrası və muzeyə rəhbərlik Solmaz Səttar qızı Məhərrəmovaya tapşırılmışdı.
Muzeyin yerləşdiyi bina tarixilik baxımından qiymətli idi. Bu bina 1924-cü ildə Laçın şəhərinin salındığı dövrdə, Azərbaycan memarlığı üslubunda inşa edilmiş, fasadı rəngli şəbəkə üsulu ilə işlənmişdi. Binanın 2-ci mərtəbəsində yerləşən muzey ekspozisiyasının sahəsi 360 kv.m., 9 zaldan ibarət idi. Bundan əlavə muzeyin həyətində 360 kv.m-lik sahədə də açıq səma altında ekspozisiya fəaliyyət göstərirdi. Burada Laçın rayonunun qədim daş plastikasını özündə əks etdirən sənət nümunələri nümayiş etdirilirdi. Muzeyin fondunda 10 minə qədər əşya mühafızə olunurdu. Onun 5 min ədədi əsas fonda daxil idi.
Muzeyin ekspozisiyası 1983-cü ildə istifadəyə verilmişdir. 1989-cu ildə ümumittifaq muzeylərə baxış müsabiqəsinin qalibi olmuş, muzey və onun direktoru baxış-müsabıqənin xüsusi medalı ilə təltiflənmişdilər.
Muzeydə işçilərın sayı 14 nəfər idi.
Ermənistan Silahlı Qüvvələri tərəfindən Laçın şəhərinin işğalı nəticəsində muzeyin binası və 10 mindən artıq eksponatı məhv edilmiş və aparılması mümkün olanlar isə daşınmışdır. Düşmən taladığı muzey əşyalarını dünya ictimaiyyətinə erməni maddi-mədəniyyət nümunələrı kimi təqdim edərək bır sıra ölkələrdə sərgiləyir.