Facebook Pixel Code
officially
Salyan Dövlət Rəsm Qalereyası
Baxış sayı:
Avtobus

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Salyan rayonunda inşa olunan rəsm qalereyası 2008-ci ilin noyabrında istifadəyə verilib. Gənc istedadlara dövlət qayğısının əyani nümunəsi olan bu qalereya yeniyetmə və gənc rəssamların estetik zövqünün formalaşdırılmasında və onların peşəkarlığının artırılmasında əsaslı rol oynayır. Salyan Dövlət Rəsm Qalereyasının yeni binası Heydər Əliyev Fondunun dəstəyi ilə orijinal layihə əsasında tikilib. Ümumi sahəsi təxminən 1000 kv. metrə yaxın olan qalereya emalatxanalardan, foye və sərgi salonundan, habelə iş otaqlarından ibarətdir. Asma şüşə tavan qalereyanın təbii işıqlandırılmasına imkan yaradır. 100-dən çox əsas və köməkçi fondu olan mədəniyyət müəssisəsinin bölmələrində peşəkar rəssamların 48 əsəri yerləşdirilib. Mədəniyyət Nazirliyinin hədiyyə etdiyi 22 rəsm əsəri isə qalereyanın əsas fondunu daha da zənginləşdirib. Qalereyada fərdi, yaradıcı və tematik sərgilər, müsabiqələr, görüşlər, ustad dərslərinin keçirilməsi və əl işləri nümunələrinin nümayiş etdirilməsi nəzərdə tutulur.

INSTAGRAM
posts
followers
Follow