Facebook Pixel Code
GoMap XƏRITƏ
Əzim Əzimzadənin Ev-Muzeyi
Baxış sayı:
Avtobus

Əzim Əzimzadənin ev-muzeyi 1968-ci ildə Bakıda yaradılmışdır. Muzey D.Əliyeva küç. 157-də yerləşir.
Muzeyin fondunda rəssamın 2000 eksponatı qorunub saxlanılır. Ə.Əzimzadə ev-muzeyinin ekspozisiyası 6 otaqdan ibarətdir. Burada rəssamın 4 üslubda çəkdiyi əsərlər nümayiş etdirilir:

1. Karikaturalar
2. Portretlər
3. Ornamentlər
4. Mənzərə

Ə.Əzimzadənin R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət muzeyində 232 əsəri, 3 albomu vardır.
C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində isə rəssama aid 499 ədəd eksponat saxlanılır.
Muzeyi rəssamın çəkdiyi “Füzulinin portreti”, “Cəlaləddin Ruminin portreti”, “Qaçqınlar günü”, “Tut ağacı”, “Nəsiminin edamı”, “Votan”, “Qurban bayramı” və. s. rəsmləri bəzəyir.

Son xəbərlər