Facebook Pixel Code
GoMap XƏRITƏ
Azərbaycan Respublikası Xalq Təhsili Muzeyi
Baxış sayı:
  • Ünvan:
    Xətai, Bakı, Nərimanov, AZ1008
  • Telefon:
    (+994 12) 496-64-88, (+994 12) 496-64-87
Avtobus
Təhsil muzeyiAzərbaycan SSR Xalq Komissarları Soveti 1932-ci il aprelin 27-də “Xalq Maarifi Muzeyi”nin yaradılması haqqında 651 nömrəli qərar qəbul etmişdir.Muzeyin daimi ekspozisiyası 6 salonda yerləşdirilmişdir. Birinci salon qədim zamanlardan XIX əsrin II yarısına qədər, ikinci salon XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərini, üçüncü salon 1918-1940-cı illərin təhsilini əhatə edir. Burada Azərbaycan Xalq Cümhuriyyəti dövründə təhsilə xüsusi bölmə ayrılmışdır. Dördüncü salon ali və orta ixtisaslı kadrların hazırlanmasına və ixtisasartırmaya həsr olunmuşdur. Beşinci salon 1941-1980-ci illərin, xüsusilə texniki peşə təhsilinin inkişaf tarixinə, həmçinin uşaq evlərinə, internat-məktəblər və axşam fəhlə-gənclər məktəblərinin yaranmasına dair sənəd və materialları əhatə edir. Altıncı salon - böyük salon müstəqillik illərində təhsilin inkişafına həsr olunmuş və üç bölmədən ibarətdir. Azərbaycan dövləti və hökumətinin təhsilə göstərdiyi diqqət və qayğı bu salonun ekspozisiyasının əsas istiqamətidir.Salonun "Heydər Əliyev və təhsil" adlı birinci bölməsi Heydər Əliyevin bu istiqamətdə fəaliyyətinə həsr edilmişdir. Həmçinin Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” və “Təhsilə dəstək” layihələri çərçivəsində fəaliyyəti həmin bölmədə əks etdirilir.Salonun ikinci bölməsində müstəqillik illərində ölkəmizin təhsil sisteminin fəaliyyətini əks etdirən sənəd və materiallar, statistik məlumatlar, yeni dərsliklər, maketlər və digər eksponatlar nümayiş etdirilir. Burada Təhsil Nazirliyinin fəaliyyətini və beynəlxalq əlaqələri əks etdirən sənədlərə xüsusi yer ayrılmışdır. Üçüncü bölmədə sərgilənən sənəd və materiallar məktəbdənkənar müəssisələrə, uşaq, yeniyetmə, gənclərin vətənpərvərlik, mənəvi və estetik tərbiyəsinə həsr edilmişdir.Muzeyin əsas fondunda 31741 eksponat vardır ki, onlardan 2000-ə qədəri ekspozisiyada nümayiş etdirilir.
Son xəbərlər