Facebook Pixel Code
GoMap XƏRITƏ
Ağcabədi rayon Tarix-Diyarşünaslıq Muzeyi
Baxış sayı:
Avtobus

Ağcabədi Tarix-Diyarşünaslıq Muzeyi 1980-    ci ildən fəaliyətə   başlamışdır.  Muzeyin ümumi sahəsi 1830 m2 , Binanın sahəsi 700m2.Muzey 8 ekspozisiya otağı, 4 iş otağı, 2 fond otağı və 1 zaldan ibarətdir.  Hazırda muzeydə 5000-ə yaxın (4782) eksponat qorunur.  Burada hər bir otaq ayrı-ayrı tarixi dövrləri əks etdirir.  Muzeydə olan eksponatlar əsasən bölmələr üzrə qruplaşdırılıb. Muzeyin birinci bölməsi olan təbiət bölməsi olduqca rəngarəng və maraqlıdır. Bölmənin heyvan və quşlara aid hissəsi rayonun ərazisində olan “Ağ göl dövlət qoruğundan gətirilib. Qədim dövür bölməsində əsasən arxeloji tapıntılar nümayiş etdirilir. Muzeyin ən nadir eksponatı küp qəbirdir. Muzeyimizdə məişətdə işlədilən əşyalar, geyim və bəzək formaları, tariximizi əks etdrən metal, mis saxsı qablar qorunub saxlanılır. Habelə muzeyimizdə Böyük Vətən müharibəsi iştirakçılarının, Qarabağ uğrunda döyüşlərdə iştirak edən Milli qəhrəmanlarımızın  və şəhidlərimizin şəxsi əşyaları qorunub saxlanılmaqdadır. .  Muzeyin ən qədim eksponatları isə ötən yay arxeoloqlarının rayon ərazisində qazıntı işləri zamanı aşkarladıqları məişət əşyalarıdır.Azərbaycan Respublikasının prezidentinin “ Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında” 6 mart 2007- ci il tarixli 2013 nömrəli Sərəncamının 2- ci bəndinə əsasən yerli icra hakimiyyəti orqanlarının təkilifləri nəzərə alınmaqla Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanmış və Azərbaycan Respublikası Prezidentinin 22 may 2009 – cu il tarixli 292 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “ Azərbycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi tədbirlər planı” nın icrası ilə bağlı əhəmiyyətli işlər görülmüşdür.Ağcabədi rayon  Tarix- Diyarşünaslıq muzeyində 2016-ci il hesabat ilində  4681 eksponat vardır. 2017-ci il yanvar –sentyabr aylarında muzeyə 101 ədəd tarixi eksponatlar hədiyyə olunmuşdur.Hal-hazırda muzeyin balansında 4782 ədəd eksponat vardır. Tarix- Diyarşünaslıq muzeyi 14.11.2014ci il tarixində əsaslı təmirə dayandırılmışdır. Muzeydə 17 işci çalışır. 2017-ci ilin yanvar-oktyabr aylarında muzeyə ekskursiyaya gələnlərin sayı 0, ekskursiyaların sayı 0, muzeydə açılan sərgilərin sayı 0, fərdi gələnlərin sayı 0, muzeydən kənar mühazirələrin sayı 15, tədbirlərin sayı 18 olmuşdur. 19 may 2017-ci il tarixində  Ağcabədi rayon Kəhrizli kəndində Həmidə xanım Məmmədquluzadənin ev muzeyində “18 may Beynəlxalq Muzeylər günü “ ilə əlaqədar  olaraq , Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin 16.05.2017 –ci il tarixli 1597/02 saylı məktubuna əsasən “Açıq qapı” günün elan edilməsi və YUNESKO –nun Beynəlxalq Muzeylər Şurası tərəfindən tövsiyyə olunmuş “ Muzeylər və mübahisələi tarixi məqamlar; muzeylərdə deyilmyənlərin səslənməsi “ mövzusunda tədbir keçirilmişdir.Tədbirdə rayon ictimaiyyəti ilə yanaşı bir çox qonaqlar iştirak etmişdir.Respublikada muzey işinin təşkili ilə  Azərbaycanda muzey işinin tarixi ilə bağlı məlumat , muzey fondu haqqında ümumi məlumat toplanılır, muzeydə qorunub saxlanılan nadir eksponatların foto şəkilləri çəkilir.Muzey işi ilə əlaqədar keçirilən sərgilər, seminarlar,toplantılar və s.məlumatlar Mədəniyyət və Turizm Nazirliyinin və Ağcabədi Regional Mədəniyyət və Turizm idarəsininrəsmi internet saytına tələb olunan səviyyədə yerləşdirilir.

Tarix –Diyarşunaslıq muzeyinin  direktoru:                            Əliyev Sadiq Zabil oğlu

 

 

 

Son xəbərlər