Facebook Pixel Code
Azərbaycan Geologiya Muzeyi
Baxış sayı:
  • Ünvan:
    İsmayıl bəy Qutqaşınlı, Bakı, Yasamal, AZ1073
  • Telefon:
    (+994 12) 510-42-88
Avtobus
Azərbaycan Geologiya MuzeyiMuzey 1969-cu ildə təşkil olunmuş, əvvəllər sahə muzeyi kimi fəaliyyət göstərmiş və 1982-ci ildə ona “Azərbaycan Geologiya Muzeyi” statusu verilmişdir.Muzeyin əsas fəaliyyət istiqaməti ölkənin mineral-xammal bazasını səciyyələndirən süxur, mineral və filiz nümunələrinin ümumi nümayişə təqdim edilməsi, geoloji-kəşfiyyat işlərinin nəticələrinin və elmi-geoloji nailiyyətlərin geniş miqyasda təbliği və təşviqidir. Muzeyin ekspozisiya zalında Azərbaycanın mineral-xammal sərvətlərini əks etdirən və eləcə də dünyanın başqa regionlarından gətirilmiş 5000-dən artıq filiz, qeyri-filiz, inşaat materialları, bəzək və üzlük daşlar, təbii süxur, mineral, paleontoloji tapıntı, müxtəlif məzmunlu geoloji xəritələr, fotostendlər, albomlar, bukletlər, Silurdan Neogenə qədər yaş dövrlərini əhatə edən fauna və flora qalıqlar, respublikanın geoloji cəhətdən maraqlı guşələri, faydalı qazıntı yataqları, daş karxanalarını təsvir edən panoramalar,görkəmli geoloq alimlərin portretləri və digər növ eksponatlar nümayiş etdirilirAzərbaycan Respublikasında yer təkinin təbii zənginliyi haqqında müəyyən təsəvvür yaratmaq üçün muzeydə altı bölmə-regional geologiya,respublikanın mineral-xammal bazası,petroqrafiya,mineralogiya,paleontologiya,fotetika bölmələri fəaliyyət göstərir. Muzeyə gələnlər həmçinin geologiya ilə bağlı audio-video materiallarla da tanış ola bilərlər. Muzey əsaslı təmirdən sonra 25 dekabr 2010-cu ildə açılmışdır. Muzeyə müasir baxış stendləri, zalların temperatur tənzimləyicisi qoyulmuş, bir sıra eksponatlar bərpa edilmişdir.
INSTAGRAM
posts
followers
Follow