Muzeydə Azərbaycanın qədim daş dövründən son orta əsrlərədəktarixinin bütün mərhələlərini əks etdirən arxeoloji tapıntılar, XIX əsr - XX əsrin əvvəllərinə aid etnoqrafik materiallar nümayiş etdirilir. Muzeydəki eksponatlar Azərbaycan ərazisindəki ibtidai insan düşərgələri, oturaq əkinçi-maldar əhaliyə məxsus yaşayış məskənləri və qəbir abidələri, erkən şəhər mədəniyyəti, qədim dövlətlərin tarixi və maddi mədəniyyəti, Azərbaycanın qədim dövr incəsənəti, azərbaycanlıların ulu əcdadlarının həyat tərzi, təsərrüfatı, mənəvi mədəniyyəti haqqında dolğun təsəvvür yaradır.