Facebook Pixel Code
GoMap XƏRITƏ
C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyi
Baxış sayı:
  • Ünvan:
    Nizami, Naxçıvan, AZ7000
  • Telefon:
    (+994 365) 45-16-86
Avtobus

Muzey 1966-cı ildə yaradılmışdır. Böyük yazıçı, mütəfəkkir, ictimai xadim, “Molla Nəsrəddin” jurnalının yaradıcısı Cəlil Məmmədquluzadənin 100 illik yubileyinin Azərbaycanda geniş surətdə qeyd olunduğu günlərdə — 1967-ci il iyun ayının 12-də Azərbaycan hökumətinin qərarı ilə Naxçıvan şəhərində Azərbaycan Ədəbiyyatı Muzeyinin açılışı oldu və muzeyə böyük Cəlil Məmmədquluzadənin adı verildi.Muzeyin 19200 eksponatı var. Fondunda çoxəsrlik Azərbaycan Ədəbiyyatı tarixini əks etdirən qiymətli əlyazmaları, tətbiqi və təsviri sənət nümunələri, qədim və müasir kitablar, qəzet və jurnallar, xatirə əşyaları və digər muzey materialları mühafizə olunur. Ekspozisiyada klassik Azərbaycan ədəbiyyatının və müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinə, Naxçıvan torpağının yetirdiyi şair və yazıçıların, sənətşünasların yaradıcılığına geniş yer verilmişdir.

Ekspozisiyada və fondda Azərbaycanın fırça ustalarının müxtəlif janrlarda yaratdıqları boyakarlıq və heykəltaraşlıq əsərləri, Naxçıvan teatrının tarixinə aid sənədlər - afişalar, proqramlar, tamaşa eskizləri, görkəmli teatr sənətkarlarının yaradıcılığını əks etdirən fotoşəkillər də nümayiş etdirilir. Muzeyin Şərur rayonunda Cəlilkənd filialı fəaliyyət göstərir. Burada görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadəyə aid sənəd, foto materiallar və şəxsi əşyalar nümayiş etdirilir.

http://www.nakhchivan.az/portal-1/muz-ler.htm

http://www.anl.az/down/medeniyyet2007/iyul/medeniyyet2007_iyul_32.htm

Son xəbərlər