Facebook Pixel Code
GoMap XƏRITƏ
Qarğabazar karvansarayı (Füzuli)
Baxış sayı:
  • Ünvan:
    Qarğabazar yolu, Füzuli, AZ1900
Avtobus

Fizuli rayonundakı Qarğabazar kəndinin mərkəzində çox da hündür olmayan bir təpənin döşündə inşa olunmuşdur. Karvansaranın əsəs kütləsi yonulmamış daşdan tikilmiş və planda bir küncü kəsilmiş uzunsov düzbucaqlı formadadır. Karvansara tikilisinin eni 23,7 metr, uzunluğu isə 34,7 metrdir. Karvansara 1681-ci ildə tikilmişdir. Qarğabazar kəndində tikildiyi üçün o, Qarğabazar karvansarası adı ilə tanınır. Bu tarixi abidəyə bəzən Şah Abbas karvansarası da deyirlər. Onun memarı məlum deyil. Onun uzun tərəflərini başdan-başa tağbəndlə örtülü iki iri yerləşgə tutur. Görünür bu uzun yerləşgələr karvan heyvanları üçün nəzərdə tutulub. Karvansaranın portalının birinci yarımdairə tağbəndi ilə ondan nisbətən böyük olan ikinci oxvari tağbənd arasında xüsusi yerləşdirilmiş üç ədəd kvadrat formalı daşlar üzərində geomorf və həndəsi ornamentlər işlənmişdir.

Karvansaranın plan və memarlıq üslubu mərkəzdən keçən oxa simmetrik həll olunaraq ümumi konstruksiyaya tabe edilmişdir. Planda düzbucaqlı şəkildə həll olunmuş karvansara iki böyük ölçülü dəvəlikdən girişin sağ və sol tərəflərində gözətçilər üçün iki kiçik otaqdan baş tərəfdə isə karvansara sahibi və tacirlər üçün 6 ədəd kvadrat şəkilli otaqlardan ibarətdir. Bu otaqların əhəmiyyəti onların relyefin hündür yerində tikilməsində də özünü göstərir. Funksiyalarına və relyefə uyğun olaraq həmin otaqların önündə iki hündür səki düzəldilmişdir. Otaqların qapıları çox da böyük olmayan eyvana açılır. Eyvanı yarımdairə şəkilli 3 ədəd daş tağbənd bəzəyir. Bu hissədə tağlar və tağ sütünları, eləcə də qonaq otaqları yonulmuş daşdan tikilmişdir. Bütün otaqlar və yerləşgələr bayırdan içəriyə doğru genişlənən kiçik pəncərələrlə işıqlandırılır. Memarlıq üslubuna görə Qarğabazar karvansarası Alban dövrü memarlıq ənənələrinin oxşarıdır. Girişin sağ və sol tərəflərində gözətçi otaqları qarşısında iki böyük sal daş vardır. Görünür gözətçilər həmin daşların üstündə dayanıb karvansaraya daxil olan karvanların yüklərinə baxırmışlar. Əfsuslar olsun ki, yağış və sel sularının karvansara qarşısında salınan avtomobil yolunun çəkilişi zamanı səviyyəsi xeyli qaldırıldığından bütün karvansara həyətini lil çöküntüsü altında qoymuşdur. Karvansara ölkənin daşınmaz tarixi abidələrindən hesab edilir.

Nazim Tapdıqoğlu Fizuli rayonu. toponimləri, tarixi abidələri...

 

Son xəbərlər