Facebook Pixel Code
Azərbayacan Təbabəti Muzeyi
Baxış sayı:
Avtobus
Azərbayacan Təbabəti MuzeyiAzərbaycan Təbabəti Muzeyinin yaranması, fəaliyyəti və inkişafı tibbin tarixi ilə bilavasitə əlaqədardır. Bu muzey 1984-cü ildə yaradılmışdır.Girişdə qədim yunan mifologiyasına görə sağlamlıq allahı hesab edilən Asklepi və onun qızları Gigiyeya və Panatseyanın nəhəng barelyefləri diqqəti çəkir. Birinci zalda XII əsr Şərqinin ən böyük alimlərindən biri Əbu Əli ibn Sinanın büstü, onun bu günədək Avropanın bir çox tibb universitetlərində tədris edilən “Həkim elminin qanunu” əsərinin 1143-cü ilə aid əlyazmasının fotoşəkli nümayiş etdirilir. İkinci zalda orta əsr cərrahlıq alətləri, XIII-XIX əsr həkimlərimizin əsli Əlyazmalar İnstitutunda saxlanan ayrı-ayrı tibbi traktatlarının surəti diqqəti cəlb edir. Üçüncü zalda XX əsrin əvvəllərində Bakıda neft sənayeçilərinin qərarına əsasən, həmin dövr üçün müasir tibb avadanlıqları ilə təchiz edilmiş müalicəxanaların yaradılmasına aid çoxlu fotoşəkillər, sənədlər nümayiş etdirilir. Dördüncü zalda Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə təbabətimiz, Bakı Dövlət Universitetinin ilk binası, onun ilk rektorları cərrah Vasili Razumovski və nevropatoloq Sergey Davidenko, Tibb fakültəsinin ilk buraxılışı, professor və müəllim heyəti barədə dolğun məlumatlar öz əksini tapıb. Beşinci zalda müharibəyə qədərki dövrdə sovet Azərbaycanında səhiyyənin təşkili, Azərbaycan Tibb Universitetinin və Həkimləri Təkmilləşdirmə İnstitutunun yaradılmasına və fəaliyyətinə geniş yer ayrılıb. Azərbaycan Qırmızı Aypara Cəmiyyətinə aid guşədə onun ilk tanınma nişanları, paltarları nümayiş etdirilir. Muzeyin sonuncu zalı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında səhiyyə sahəsində görülən işlərdən bəhs edir.
INSTAGRAM
posts
followers
Follow