Facebook Pixel Code
GoMap XƏRITƏ
Naxçıvan Dövlət Xalça Muzeyi
Baxış sayı:
  • Ünvan:
    Heydər Əliyev, 21, Naxçıvan, AZ7000
Avtobus

1998-ci ilin aprelində Naxçıvan xalça muzeyi kimi təşkil olunmuş muzey az sonra "Azərbaycan Xalçası" Naxçıvan Muxtar Respublikası Dövlət Muzeyi adlandırılmışdır. Naxçıvan şəhərində 200 illik tarixə malik "Xan evində" yerləşir. Muzeydə 3700-dən artıq eksponat var ki, bunların 305-i xalçadır. Muzeyin 8 zalından 2-si Naxçıvan xanlarına həsr olunub.

Burada bütün xalça növlərinin (xovlu və xovsuz kilim, sumax, vərni, şəddə, palaz, cecim və.s.) və xalça məmulatlarının (məfrəş, heybə, çanta, torba, xurcun, örkən və.s.) nümunələri nümayiş etdirilir. Muzeydə Gəncə-Qazax, Quba-Şirvan, Qarabağ, Təbriz-Naxçıvan xalçaçılıq məktəblərinə məxsus XVIII-XIX əsrlərə aid xalça nümunələri saxlanılır. . Ümummilli lider Heydər Əliyevin portreti əks olunmuş xalça (müəllifi professor Kamil Əliyevdir) muzeyin ən nadir eksponatlarındandır.

Çeşnilərinə görə "Qollu çiçi" "Pirəbədil", "Alpan", "Qədim əfşan", "Ovçuluq", "Zili", "Köhnə buta", "Naxçıvan", "Qasımuşağı", və s. yanaşı, süjetli xalçalar əhəmiyyətli yer tutur. Muzeydə məişət əşyaları - mis məcməyilər, saxsı və çini qablar, qədim kişi və qadın milli geyimləri də nümayiş etdirilir. Burada respublika xalçaçılarını sərgisi təşkil olunur, sənət adamları ilə görüşlər keçirilir və video lentə alınıb muzeyin fondunda saxlanılır.

Muzeydə məişət əşyaları-mis məcməyilər, saxsı və çini qablar, qədim kişi və qadın milli geyimləri də nümayiş etdirilir. Həmçinin muzeyin nəzdində Mömünə xatun türbə muzeyi də fəaliyyət göstərir. Respublikada yeganə olan bu muzeydə xalqımızın atabəylər dövrü tarixinə dair dəyərli məlumatlar verilir.

http://dmfa.nakhchivan.az/page.php?lang=az&page=000105

http://www.nakhchivan.az/portal-1/muz-ler.htm

Son xəbərlər