Facebook Pixel Code
GoMap XƏRITƏ
Məmməd Səid Ordubadinin Xatirə Muzeyi
Baxış sayı:
Avtobus

Məmməd Səid Ordubadinin Ev Muzeyi — tanınmış Azərbaycan ədibi Məmməd Səid Ordubadinin Bakı şəhərində yaşayıb, fəaliyyət göstərdiyi evdə yaradılmış muzey. Muzey Bakı şəhəri, Xaqani küçəsi 19 ünvanında yerləşir.
Muzey Azərbaycan SSR-in direktiv orqanlarının 16 iyun 1976-cı il tarixli qərarı ilə 31 oktyabr 1979-cu ildə ədibin 1938-ci ildənömrünün sonunadək yaşayıb yaratdığı mənzildə təşkil olunmuşdur. Muzey hazırda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdindədir.
Muzeyin fondunda 2000-ə yaxın eksponat toplanmışdır. Onlardan 300-ü muzeyin ekspozisiyasında nümayiş etdirilir. Ekspozisiya ümumi sahəsi 60 m² olan iki otaqda yerləşir. Yazıçının həm iş, həm də qonaq otağı olmuş birinci otaqda, məişət əşyaları, mebel, o cümlədən, arxasında məşhur tarixi romanlarını qələməaldığı yazı masası, fotoşəkillər, qrafika və yağlı boya ilə işlənmiş rəsm əsərləri, kitablar toplanmışdır. Otağın görünüşü, ədibin həyatının son dəqiələrində olduğui kimi qorunub saxlanmışdır.
İkinci otaq, M.S.Ordubadinin bütün yaradıcılığını əks etdirir. Burada ədibin XX əsrin əvvələrindən bəri nəşr edilmiş kitabları, əlyazmaları, işələdiyi qəzet və jurnalların nümunələri nümayiş etdirilir.
Tamaşaçılar muzeydə həmçinin, yazıçının Naxçıvanda anadan olduğu evin maketi ilə də tanış ola bilərlər. Mədəni-maarif müəsissəsi olmaqla yanaşı, muzeydə M.S.Ordubadinin mədəni irsinin örənilməsi sahəsində tədqiqatlar da aparılmaqdadır.

Son xəbərlər