Facebook Pixel Code
GoMap XƏRITƏ
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi
Baxış sayı:
Avtobus

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi — 1967-ci ildə yaradılıb. Muzeyin fondunda 60 minə yaxın eksponat toplanmışdır. Bunlardan Azərbaycan milli musiqi alətləri olan tar, kamança, saz, dəf, qoşa nağara, zurna, ney, eləcə də özünəməxsus xüsusiyyətləri ilə fərqlənən digər musiqi alətləri - əsa-tar, əsa-saz, habelə qramofonlar, patefonlar, qramofon valları, Azərbaycan peşəkar musiqi sənətinin banisi Üzeyir Hacıbəyovun, milli peşəkar vokal sənətinin banisi Bülbülün, gorkəmli bəstəkarlardan Qara Qarayevin, Fikrət Əmirovun muəllif not əlyazmaları, musiqi xadimlərinin şəxsi əşyaları, afişalar, proqramlar, fotoşəkillər, təsviri incəsənət nümunələri, notlar, kitablar və s. materialları göstərmək olar. Bütün bunlar Azərbaycan milli musiqi mədəniyyətinin dəyərli numunələridir. Muzeyin asağıdakı filialları vardır:

Xalq çalğı alətləri daimi sərgisi;

Niyazinin ev muzeyi;

Vaqif Mustafazadənin ev-muzeyi;

Qara Qarayevin ev muzeyi.

Muzeyin nəzdində 14 nəfər musiqiçini özundə birləşdirən Qədim milli musiqi alətləri ansamblı fəaliyyət göstərir. Bu ansamblın bənzərsiz cəhəti ondadır ki, musiqiçilər orta əsrlərdə istifadə olunmuş, tədricən unudulmuş və muzeyin əməkdaşı, ansamblın bədii rəhbəri M.Kərimov tərəfindən bərpa olunmuş musiqi alətlərində XIV əsr musiqisini, həmçinin Azərbaycan xalq mahnılarını ifa edirlər.
Boyuk səy və ustalıqla yaradılmış çəng, bərbət, rud, çəqanə, səntur, setar, Şirvan tənburu, rubab kimi musiqi alətlərini yalnız Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin ekspozisiyasında görmək olar.

Son xəbərlər