Facebook Pixel Code
GoMap XƏRITƏ
Miniatür Kitab Muzeyi
Baxış sayı:
Avtobus

Miniatür Kitab Muzeyi — 2002-ci il aprelin 23-dən Bakı şəhərində fəaliyyət göstərən dünyada ilk özəl miniatür kitab muzeyi. Muzey İçəri Şəhərdə, Şirvanşahlar Sarayının yaxınlığında yerləşir.
20 aprel 2000-ci il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərərfindən özəl Miniatür Kitab Muzeyi qeydiyyata alındı. 23 aprel 2002-ci il tarixində Azərbaycanın paytaxtı Bakının tarixi hissəsində - “İçərişəhər” Dövlət tarixi-memarlıq qoruğunun ərazisində, Şirvanşahlar Sarayının (XIV əsr) yaxınlığında dünyada ilk və hələ ki, yeganə olan özəl Miniatür Kitab Muzeyi fəaliyyətə başlamışdır. Muzey Zərifə Salahova tərəfindən 20 ildən artıq müddətində toplanmış nadir kolleksiyası əsasında yaradılmışdır. 23 aprel 1616-cı ildə dünya ədəbiyyatının klassikləri – dahi yazıçılar Vilyam Şekspir və Miqel Servantes eyni gündə əbədiyyəta qovuşdular. YUNESKO-nun qərarına əsasən 23 aprel hər il bütün dünyada Beynəlxalq kitab və müəllif hüquqları günü kimi qeyd edilir ki, bu şəkildə də, onların adları əbədiləşdirilir.

 

Son xəbərlər