Facebook Pixel Code
GoMap XƏRITƏ
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey Mərkəzi
Baxış sayı:
Avtobus
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey Mərkəzinin binası Bakı şəhərinin mərkəzində, Dənizkənarı Milli parkın yaxınlığında yerləşir. Bina 1960-cı ildə məşhur Azərbaycan memarı Həsən Məcidovun layihəsi əsasında Leninin anadan olmasının 90 illiyi münasibətilə tikilib və 1961-ci ildə Moskvadakı Lenin Muzeyinin filialı kimi istismara verilib. 1991-ci ildə SSRİ-nin süqutundan sonra Azərbaycan prezidentinin sərəncamına əsasən bina Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə verilmiş və Muzey Mərkəzi adını almışdır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey Mərkəzinin direktoru – Liana Vəzirovadır. Bu binada aşağıdakı muzeylər yerləşir:1. Azərbaycan xalçası və xalq tətbiqi sənəti Dövlət Muzeyi2. C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi3. Azərbaycan İstiqlal Muzeyi4. Azərbaycan Dövlət Din Tarixi Muzeyi
Son xəbərlər