Facebook Pixel Code
GoMap XƏRITƏ
Genofond bağı (nadir ağac və bitki növləri)
Baxış sayı:
  • Ünvan:
    K.Qəhrəmanova, Şəki, AZ5505
Avtobus
Şəkidə yerləşir. Balakən-Şəki bölgəsinin yabanı və mədəni meyvə, giləmeyvə bitkiləri nümunələri toplanmış, sağlamlaşdırılmış, onların əsasında genofond bağı yaradılmışdır. Yeni alma, armud, zoğal sortları yetişdirilmiş, dövlət sort sınağına təqdim edilmişdir. Bölgənin mədəni və yabanı meyvə və giləmeyvə bitkilərindən ibarət genofond bağının yaradılması işinin icrasının Genetika və Seleksiya Institutu ilə birlikdə aparılması nəzərdə tutulmuşdur. Botanika qrupu isə bölgənin efir yağlı bitkilərinin öyrənilməsini öz tədqiqat planlarına daxil etmişdir. Bitkilərin ziyanvericilərini öyrənib onlara qarşı mübarizə tədbirlərinin hazırlanması Zoologiya Institutunun əməkdaşları ilə birgə yerinə yetirilir. Torpaqşünaslıq Institutunun əməkdaşları ilə birlikdə torpaq örtüyü, onlardan daha səmərəli istifadə etmək məqsədilə torpaq xəritələrinin hazırlanması işi nəzərdə tutulur. Elmi Mərkəzin həyətyanı sahəsində və genefond bağında digər ölkələrdən gətirilmiş dekorativ və meyvə ağacları artıq iqlimə, yerli şəraitə uyğunlaşıb. Şəki Şəhər İcra Hakimiyyəti genofond bağı salmaq üçün əlavə 20 hektar torpaq sahəsi ayırmışdır ki, orada da dörd minə yaxın qiymətli alma, armud, heyva, alça, əzgil, gilas ağacları əkilmişdir.

http://sheki-elm.narod.ru/tarix.htm

Son xəbərlər