Facebook Pixel Code
GoMap XƏRITƏ
Pirqulu Dövlət Təbiət Qoruğu
Baxış sayı:
  • Ünvan:
    Hacıbəy Sultanov, Şamaxı, AZ5626
Avtobus

Böyük Qafqaz dağlarının cənub yamaclarının tipik dağ-meşə landşaftını qoruyub saxlamaq, bitki və heyvanların gehofondunu qorumaq və öyrənmək, təbiət proseslərinin və hadisələrinin dinamikasını izləmək məqsədi ilə Azərbaycan Respublikasının Şamaxı rayonunun ərazisində yaradılmış təbiəti mühafizə və elmi-tədqiqat idarəsidir. Qoruq 1968-ci il, dekabrın 25-də Şamaxı rayonun dağ – meşəlik sahəsində yaradılmışdır. Qoruğun ərazisi üç ayrı-ayrı (Pirqulu, Araqcın və Cəngi) hissədən ibarətdir. Araxçın sahəsi 1600-2000 m hündürlükdə yerləşir. Burada Avaxıl kəndindən şimal-qərbdə yuxarı dağ-meşə qurşağının, qismən də subalp çəmənliyi qurşağının landşaftı səciyyəvidir. Meşələr Qırxbulaq çayının dərəsində və Qart dağının şimal-şərq və qərb yamaclarında yayılmışdır. Pirqulu sahəsi 1000-1500 m hündürlükdə günbəzvari Pirqulu dağında yerləşir; bu sahə əsasən orta dağ-meşə yarımqurşağının, qismən də bozqırlaşmış dağ-çəmən landşaftının təbiəti üçün səciyyəvidir. Jəngi sahəsi aşağı dağ-meşə yarımqurşağında, 800-1100 m hündürlükdə yerləşir. Ərazisi əsasən Cəngi çayı hövzəsinin sol (Cəngi dağının şimal yamacı) və qismən də sağ hissəsini əhatə edir. Pirqulu dövlət qoruğunun sahəsi 1520 hektar olmaqla dövlət mülkiyyətidir. 2003-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 yanvar tarixli Qərarı ilə qoruğun sahəsi genişləndirilmiş və 4274 hektara çatdırılmışdır. Qoruğun ərazisinin antropogen təsirlərdən qorumaq məqsədi ilə ona bitişik sahələrdə eni 1 km. olan mühafizə-bufer zonası yaradılmışdır. Qoruq bütün təbiət komplekslərini təbiətin etalonları kimi saxlamaqla yanaşı, həm də bu komplekslərdə təbii proseslərin elmi cəhətdən öyrənilməsini həyata keçirən regional elmi-tədqiqat idarəsidir. Qoruğun elmi-tədqiqat fəaliyyəti il boyu stasionar müşahidələrin və çoxillik kompleks tədqiqatların təşkili yolu ilə həyata keçirilir və ekoloji şəraitin proqnozlaşdırılması, təbiətin mühafizəsinin elmi əsaslarının hazırlanması, canlı orqanizmlərin genofondunun qorunub saxlanılması, təbii ehtiyatların bərpası və səmərəli işlədilməsi məqsədi ilə təbiət komplekslərinin, ayrı-ayrı təbiət obyektlərinin təbii proseslərinin dinamikasının öyrənilməsinə yönəldilir. Torpaqları qonur dağ – meşə, palıdı dağ – meşə və çürüntülü, karbonatlı dağ meşə hissələrdən ibarətdir. İqlimi qışda soyuq, başqa vaxtlar mülayim istidir. Meşə massivini əsasən vələs meşəsi (57 %), çoxsaylı palıdlar (24 %), fısdıq (18 %-ə yaxın) təşkil edirlər. Bu meşələrdə hətta söyüd, qaracöhrə, ağcaqayın, göyrüş ağaclarına da rast olunur. Bu yerlərdə başdan – başa ot örtüyü yoxdur. Əsasən cürbəcür kolluqlardan ibarətdir. Qoruğun florasında 45 növə yaxın çox nadir və yox olmaqda olan bitkilər mövcuddur. Qoruqda 30 növ məməlilər, 9 növ sürünənlər, 6 növ amfibiya, 64 növ quşlar mövcuddur. Palıd və fısdıq meşələrində qaban, vaşaq, qurd, çaqqal, tülkü, cüyür və başqa heyvanlar da yaşayır. Quşlardan: qırqovul, zığ – zığ quşu, qara tetra və başqaları mövcuddurlar. Bir neçə növ bitkilər (qaracöhrə), heyvanlar (qonur ayı, vaşaq, köpkər) quşlar (tetra) Qırmızı kitaba salınmışdır.

www.eco.gov.az/biomuxteliflik/esasname-tq/pirqulu-tq.doc

http://melumat.xazar.com/idx/65/404/article/Qoruqlar.html

http://www.bilik.azeriblog.com/2009/09/11/pirqulu-dovlet-qorughu

Son xəbərlər