Facebook Pixel Code
GoMap XƏRITƏ
Comərdi Qəssab türbəsi
Baxış sayı:
  • Ünvan:
    Tağı Arani, Gəncə, AZ2000
Avtobus

Gəncə çayının sağ sahilində qədim Gəncə hasarının 1 km-də VII-VIII əsrlərə aid türbədir. Məşhur 1139-cu il zəlzələsinə qədər mövcud olmuş qədim Gəncənin ərazisində 1940-cı ildə ilk dəfə arxeoloji tədqiqatlar aparan İsaq Cəfərzadə VII əsrə aid tapıntılar sırasında Comərd Qəssabın qəbrini də aşkar edərək üzə çıxarmışdı. Xalq arasında dürüstlüyü, öz təmiz əqidəsi ilə tanınan və sevilən bir şəxsin məqbərəsinin qədim Gəncə memarlıq üslubunda Heydər Əliyev fondunun vəsaiti ilə yenidən bərpa olunub. Artıq tikintisi başa çatdırılan 8 künclü məqbərənin üst hissəsi künbəzlə tamamlanır. Türbə 8 guşəli formadadır. Bişmiş kərpic və gəc ilə tikilib. Comərd Qəssabı Hz.Əliyə olan sadiqliyindən mənbələrdə bəhs edilir. Çox güman ki, türbənin tikilməsi dini amillərlə əlaqədardır. Türbə XX əsrin 70-ci illərində dağıdılmış, 2004-cü ildə ilkin görkəminə tam uyğun olaraq yenidən inşa edilmişdir. Türbə bişmiş kərpic və gəcdən hazırlanmış məhlul ilə tikilmişdir.

http://313news.net/forum/index.php?/topic/2020/page__mode__threaded__pid__30126

http://www.ganca.net/aze/x48_71.php

http://kulturologiya.da.ru/index.php?newsid=288

Son xəbərlər