Facebook Pixel Code
GoMap XƏRITƏ
Ağatlı oğlan (Ağoğlan) piri
Baxış sayı:
  • Ünvan:
    Sədərək, AZ7303
Avtobus

Sədərək rayonu ərazisindəki Ucubiz dağının yamacında “Ağatlı oğlan” (Ağ oğlan) piri vardır. Pir yeri yaxın illərdə sədərəkli xeyriyyəçi Yusif Qafar oğlu tərəfindən təmir-bərpa etdirilmişdir. Pirdəki tikilidə məzar üstü sərdabəni xatırladan bina vardır. “Ağatlı oğlan” piri 1514-cü ilin 23 avqust tarixində tarixi Çaldıran düzündəki Səfəvi-Osmanlı türkləri arasında gedən müharibədən sonra yaranmışdır. Pirdəki məzar müharibə zamanı şəhid olmuş Səfəvi şahı I İsmayılın oxşarı Xızr Məhəmməd oğlununkudur. Çaldıran savaşlarında siyasət işlədən türk sultanı I Səlim Yavuz (1435-1520) əsir düşmüş Xızrı, səfəvi döyüşçülərini ruhdan salmaq niyyəti ilə onlara göstərmişdir. (Həmin döyüşlərdə əsr düşənlər arasında kişi paltarı geyinmiş şah I İsmayılın arvadı da olmuşdur). Dünya savaş tarixində bir çox hökmdarlar döyüşlərdə qəfil ölümdən yaxa qurtarmaq üçün oxşarlarından istifadə etmişlər. Sultan I Səlim Yavuz döyüşlərdə qələbə çaldıqdan sonra şah I İsmayılın qılıncı bağlanmış yaqut daşla bəzədilmiş kəmərini şahın oxşarına verərək onunla son dəfə döyüşməsinə izin vermişdir. Ağ paltarda, ağ atda qılıncı əlinə alan əsir son dəfə əlindəki siyirilmiş qılınca baxaraq demişdir;-“Qılınc həmən qılıncdır, Şah İsmayılındır, lakin onu tutan bilək isə Xızrındır”. Bundan sonra qılıncı ürəyinə soxmaqla özünü şəhid etmişdir. Sədərək camaatı Xızrı əfsanəvi “ağ oğlan” adlandıraraq şiə müsəlmanlarının on ikinci imamı “müqəddəs Ruh” bilmişlər. Şəhid Xızrın cənazəsini yerli adamlar tərəfindən gətirilərək Ucubiz dağının yamacında dəfn etmişlər. Həmin dövrlərdən məzar yeri ziyarətgaha çevrilir. Ziyarətçilər tərəfindən Allaha qurbanlar kəsdirib ehsanlar verilir. Maraqlıdır ki, pirdəki məzar sahibinə hələ çox-çox əvvəllər yaşamış sədərəkli üləmalardan Hacı Mirzə Ələkbər, Hacı Mirzə Hüseyn, Şeyx Rza, Qaragöz Axund və başqaları möcüzəvi ziyarətgah kimi baxmışlar.

http://elxan.azersayt.com/blog.html?page=commentstemp4&member=Sirab&newsid=143950

Son xəbərlər