Facebook Pixel Code
GoMap XƏRITƏ
Axura Qaradaş piri
Baxış sayı:
  • Ünvan:
    Şərur, AZ6812
Avtobus

Şərur rayonundakı Axura kəndindəki pir yerində prizmatik-konusvari formada olan böyük qara daş vardır. Həmin maraqlı nadir göy cismnin ətrafında isə adətən başqa pirlərdə olduğu kimi kiçik yumurta formalı qara daşlar-meteoritlər qoyulmuşdur.

Axura kəndindəki pirə adətən yaxınlıqdakı kəndlərdən ziyarətçilər gəlirlər. Xüsusilə bura gələnlər arasında uşağı olmayan ailələr (qadınlarla-kişilər) daha çox olurlar. Onlar pirdə gəzib-dolanıb niyyət edir, Allahdan övlad istəyir, gətirdikləri qurbanlıq heyvanlarını kəsdirib və ətini yoxsullara ehsan kimi paylayarlar. Adətən ziyarətçilərin niyyətləri Allah dərgahında qəbul olar, gənc ailələrə xoşbəxtlik qayğıları olan övlad həsrətinə son qoyular. Axura kəndindəki Qaradaş pirinin yaranmasını alimlərimiz XIII-XIV əsrlərə aid olduğunu güman edirlər.

http://elxan.azersayt.com/blog.html?page=commentstemp4&member=Sirab&newsid=143950

Son xəbərlər