Facebook Pixel Code
GoMap XƏRITƏ
Cavad xan məqbərəsi
Baxış sayı:
  • Ünvan:
    Heydər Əliyev, Gəncə, AZ2000
Avtobus

Gəncə şəhərində, Şah Abbas meydanında, Şah Abbas məscidinin yaxınlığındadır. Hələ SSRİ dövründə məscidin həyətində fəvvarə inşa etmək məqsədi ilə aparılan qazıntılar zamanı təsadüfən ekskovator bir şeyə ilişir və təcili qazıntılar dayandırılır. Ərazidən üstü ərəb dilində yazılmış baş daşı və məzar aşkarlanır. Yazıların oxunması məzarın şəhid Gəncə xanı Cavad xana aid olduğunu göstərir və məzar mərkəzin etiraz və maneələrinə rəğmən bərpa edilir. Nəhayət 2005-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə məzarın üsütndə xana layiq türbə inşa edilərək Cavad xanın xatirəsi əbədiləşdirilir. Türbə Arran memarlıq məktəbi üslubuna uyğun bişmiş kərpicdən dördkünc formada inşa edilib və üstü gümbəzlə örtülür. Türbənin mərkəzində Cavad xanın məzarı durur. Əski baş daşı isə qiymətli eksponat kimi Gəncə Tarix Diyarşünaslıq Muzeyində saxlanılır.

Son xəbərlər