Facebook Pixel Code
GoMap XƏRITƏ
Babagil türbəsi (XV-XVI əsr)
Baxış sayı:
  • Ünvan:
    Lerik, AZ4300
Avtobus

Böyük ruhani alim, ariflərin sultanı, türbəti müqəddəs, taliblərin ən seçilmişi kimi ad çıxarmış Nizaməddin Əmirə Şahsəvar Gilani Kəsgəri Şeyx Zahid Gilaninin müridlərindən biri, nüfuzlu tayfa ağsaqqalı, alicənab, müdrik şiə təriqətli tarixi şəxsiyyət olub. Xalq arasında Babagil-Gilanlı baba adlandırılan bu böyük şəxsiyyət orta əsrlərə aid fars dilində yazılmış fərman və sənədlərdə “Seyid (başçı) Babagil” deyə qeyd edilir. Babagil xələflərinin bu malikanəyə nəslən sahib olmaları Səfəvi şahları, Şeyx Səfiəddinin məqbərəsi mütəvəlliyi və digər hökümdarların fərman və hökmləri ilə təsdiqlənib. Babagil kəndinin keçmiş adı Asnaqaran-dəmirçilər olub. Bu adda kənd hazırda Astarada da mövcuddur. Qədim zamanlarda Talış hökümdarlarının süvariləri üçün Babagil kəndində silah, yaraq və s. hazırlanıb. Bu kənd 1508-ci ildə Babagil məqbərəsinə vəqf edilib. Şeyx Səfiəddin məqbərəsi mütəvəlliyinin Mirşahhüseyn haqqında 1573-cü ilin iyun ayında verdiyi hökmdə göstərilir: “Qaliblərin ən seçilmişi olan asnaqaranlı Babagilin övladı» Mirşahhüseyn itaət və sədaqətlə məleykələrin dövr etdiyi astananın qarşısına gələrək, təvaf və ziyarət qaydalarını həyata keçirdi. Pərvanə kimi şəmin ətrafını dövr etdi və bir çox arzularına çatdı.” Babagil türbəsinə səcdəyə gəlib qurban kəsənlər, nəzir verənlər, tövbə edənlər heç vaxt oradan naümid qayıtmayıblar. Həmişəyaşıl ağacların əhatəsində yerləşən müqəddəs ziyarətgahdır. Babagil məqbərəsi barədə (1509-1788) toplanan sənədlər bizi təxminən 300 illik bir dövrlə tanış edir. Göründüyü kimi, Babagil türbəsi barədə tarixi qaynaqlarda kifayət qədər maraqlı məlumatlar verilmişdir. 1999-cu ildə İslam Hacı Sadıq oğlu Kərimovun maliyyə dəstəyi, Babagil kənd camaatının yaxından köməyi və Hacı Ağamirzə Mirzəyevin ustalığı ilə köhnə türbənin yerində yeni məqbərə ucaldıldı. Bu abidə kompleksi xarici görünüşü, forma və üslubuna görə orjinaldır və Şərqdə tikilən abidələrlə müqayisə edilə bilər. Babagilin nəslinin davamçılarında olan Qurani-Kərim qədimliyinə, görkəminə, yazı üslubuna görə fərqlənir, nadir nüsxədir. Cildi dəridəndir, ayələrin sərlövhələri və abzasları göstərən iri nöqtələr qızılı rəngdə işlənmişdir. Hər səhifədə mətnə uyğun olaraq işarələr nəqş edilmişdir. Bu işarələr yəqin ki, mətnlərin oxunuşunu asanlaşdırmaq, mənanı dərk etmək üçün qoyulub. Evimizdəki xəncər və qılınc da uzaq keçmişlərdən xəbər verir. Şübhə yoxdur ki, kəndimizdə hazırlanan bu silahlarla Şeyx Zahid Gilanının müridləri, igid döyüşçülər yadellilərə qarşı, İslam dini, haqq-ədalət uğrunda vuruşmuşlar.

Babagil türbəsi Lənkəran-Lerik şosse yolunun 4-cü km-də yerləşir. Babagil türbəsinin özü dəfələrlə talanlara məruz qalmışdır. Türbə zamanəsinin böyük alimlərindən olan Nizaməddin Əmirə Şahsevər Gilani Kəskərinin adı ilə bağlıdır. M.Nemət Babagihn həyat və fəaliyyəti dövrünü süfilik ideyalarnın Azərbaycanda yayılmağa başladığı lap ilk dövrlərinə - XI əsrə aid etmişdir. Babagil türbəsində olan məqbərə kompleksi dövrümüzə gəlib çatmamışdır. Hazırda türbənin ərazisində XIV-XV əsrlərə aid qəbirstanlıq mövcuddur.

Son xəbərlər