Facebook Pixel Code
GoMap XƏRITƏ
Heydər Əliyev parkı
Baxış sayı:
  • Ünvan:
    Nurəddin Paşayev, Bakı, Səbail, AZ1021
Avtobus
Heydər Əliyev parkı Nurəddin Paşayev BadamdarBadamdar qəsəbəsindəki Heydər Əliyev parkında 7 min kvadratmetrə yaxın sahəyə daş döşənmiş, işıqlandırma sistemi yeni layihə əsasında ən müasir standartlara uyğun şəkildə qurulmuşdur. Bu istirahət kompleksində geniş yaşıllaşdırma işləri aparılmış, müxtəlif bəzək kolları əkilmiş, 4 min kvadratmetr əraziyə yaşıl ot örtüyü salınmışdır. Parkın mərkəzində Azərbaycanın xəritəsi önündə Heydər Əliyevin büstü ucaldılmışdır. Burada gecə işıqlandırma sistemi ilə təchiz olunmuş müasir fəvvarə kompleksi quraşdırılmışdır. Parkda uşaqların əyləncəsi üçün xüsusi guşə, kütləvi tədbirlərin keçirilməsi və əhalinin istirahətinin təşkili ilə əlaqədar bütün lazımi şərait yaradılmışdır.
Son xəbərlər