Facebook Pixel Code
GoMap XƏRITƏ
Havuş piri
Baxış sayı:
  • Ünvan:
    Şərur, AZ6812
Avtobus

Həmin pir yeri Şərur rayonundakı Havuş kəndinin şimal-şərq qurtaracağında sıldırım qayalar arasındakı mağaradadır. Bura (kəndə) Şərur şəhərindən 35 km-lik yol gəlir. Pir yeri okean səviyyəsindən 2.000 metr yüksəkdədir. 1992-ci ildən Havuş kəndinin yerli əhalisinin bir hissəsi rayonun digər kəndlərinə müvəqqəti köçürülmüşlər. Havuş kəndində II-VI əsrlərə aid qəbir yerləri vardır. Kəndin ərazisində e.ə. II-III əsrlərə aid Sarıbulaq nekropolu, II-IX əsrlərə aid Tamaşalı yaşayış yeri, IX-XVII əsrlərə aid Sarıbulaq oba yeri, IX-XVII əsrlərə aid İtqıran nekropolu və s. tarixi-arxeoloji yerlər qalmaqdadır. Havuş sözünün toponimi dağlarla əhatə olunmuş məskən və ya ”Dağ dibi” deməkdir. Havuş piri mağarada yerləşərək dərinliyi 15 metrdən artıq, eni 3-4 metr ölçüsündədir. Orada qədim əcdadlarımız ibtidai formada yaşamışlar. Pirdə əsasən qədimdən qalma cır armud ağacı vardır ki, həmin ağacın qol-budaqlarına uşaq arzusunda olan gəlinlər niyyət edib Allahdan pay istər, gətirdikləri rəngli parçaları budaqlara bağlayarlar, kişilər isə Allah yolunda qurbanlar kəsər və ətini kənddəki yoxsullara ehsan edərlər. Pirin yaranması haqqında dəqiq məlumat yoxdur.

http://elxan.azersayt.com/blog.html?page=commentstemp4&member=Sirab&newsid=143950

Son xəbərlər