TəkiyəDərvişlərin ibadət etdiyi yer təkiyə adlanır. Təkiyə— İçəri Şəhərdə yerləşən və ölkə əhəmiyyətli abidədir. XIII əsrdə inşa olunmuş təkiyə əsasən məhəllə məscidi kimi fəaliyyət göstərmişdir. Təkiyənin fasadı cənuba – Qız Qalasına baxır. Tək otaqdan ibarət olan təkiyənin qeyri-adi planı, eləcə də kvadrata daxil edilmiş və pilləli qübbələr sistemi ilə örtülmüş ibadət zalı, binanın daxili məkanının xüsusi gözəlliklə tikilməsinə zəmin yaratmışdır. 1967-ci ildə Təkiyənin ətrafında arxeoloji qazıntılar aparılmışdır. Təkiyə 1970-ci illərdə bərpa edilmişdir.