Facebook Pixel Code
GoMap XƏRITƏ
Dalga Biç Akvapark Resort
Baxış sayı:
Avtobus
Dalga Beach-Aqua ParkXəzər rayonunun Mərdəkan qəsəbəsində inşa edilmiş “Dalğa Beach-Aqua Park” ailəvi istirahət mərkəzinin açılışı 2015-ci ilin mayn 26-da olmuşdur.“Dalğa Beach-Aqua Park” ailəvi istirahət mərkəzinin ümumi sahəsi 68 min kvadratmetrdir. Ərazisinə görə bu, Azərbaycanda ən böyük Aqua Parkdır. Xəzər dənizinin sahilində yerləşən istirahət kompleksində ümumi sahəsi 12 min kvadratmetr olan 7 hovuz var. Qonaqlar bu hovuzlarda süni dalğalar vasitəsilə sörfinqlə məşğul ola bilərlər. İstirahət edənlərə xidmətin yüksək səviyyədə təşkili üçün ərazidə çoxlu sayda restoran və xidmət obyektləri inşa edilimişdir. İstirahət mərkəzinin Disco Klubunda dünyanın məşhur şirkətlərinin səs və işıq effektləri avadanlığı quraşdırılmışdır.Bu istirahət mərkəzini fərqləndirən əsas cəhətlərdən biri burada daimi fəaliyyət göstərən su atraksionudur.Burada dənizin içində “Mayak” restoranı inşa edilmişdir.
Son xəbərlər