Facebook Pixel Code
GoMap XƏRITƏ
Bakı Dövlət Sirki
Baxış sayı:
  • Ünvan:
    Səməd Vurğun, Bakı, Nəsimi, AZ1014
  • Telefon:
    (+994 12) 597-28-48, (+994 12) 597-25-95
Avtobus
Bakı Dövlət Sirkiİlk peşəkar sirk - heyvanxana Azərbaycanda XIX əsrin 90-cı illərində məşhur Nikitin qardaşları tərəfindən tikilmişdir. Taxtadan tikilmiş həmin sirk binası az sonra yanır. 1905-ci ildə yeni, şəhərin başqa ərazisində sirk binası tikilərək istifadəyə verilmişdir.1945-ci ildə ilk dəfə olaraq Azərbaycanın milli sirk truppası yaradılmışdır. Truppa yalnız sirk nömrələrindən ibarət olmayıb, tərkibinə estrada və balet artistlərinin çıxışları salınmışdı. Ənvər Quliyev, "Ulduz bacıları", kəndirbaz Əlixan və digər artistlərin nömrələrin çıxışlarından ibarət olan truppa fəaliyyəti dövründə "Zirvədən işıq" adlı proqramla keçmiş Sovet İttifaqının ərazisində və Afrika, Asiya, Amerika və Avropada daimi qastrollarda olmuşdur.1967-ci ildə Bakı Dövlət Sirkinin memarı İsmayılov və Leontyev olan hazırkı binası istifadəyə verilmişdir. Həmin dövr üçün texniki imkanlarına görə çox müasir sayılan bina memarlıq baxımından bu gün də əksər dünya sirkləri ilə rəqabət aparmağa qadirdir.
Son xəbərlər