Təbiətin insanlara bəxş etdiyi heyrətamiz möcüzələr çoxdur. Bunlardan biri də respublikamizn cənubunda iranla sərhəddə yerləşən Astara rayonundadır. Belə ki, Astarada Ərçivan kəndində dövlət əhəmiyyətli məhşur kükürdlü bulaq yerləşir. Bu bulağın digərlərindən fərqi ondadir ki, bulağın suyuna yanmış kibriti yaxınlaşdıranda su alışıb yanir. Buna səbəb yerin tərkibində olan kükürtdür. Yanar bulaq adı ilə tanınan bu bulaq respublikamızdan başqa xaricdən gələn əcnəbilərin də maraq mənbəyinə səbəb olub. Rayonda yaşayan insanlar arasında belə bir inanc da formalaşıb ki, kim hansı xəstəlikdən ziyan çəkirsə bu bulağın şəfalı suyundan içsə əvvəlki sağlığına qovuşar. Yerli sakinlərin sozlərinə gorə bulaq 40 il əvvəl salınıb. Labarotoriyada tərkibi öyrənildikdən sonra məlum olub ki, suda kükürd maddəsi var. Bu səbəbdən də o yanır. Bulaq suyunun tərkibi ondan çay dəmləmək və ya yemək bişirmək üçün yararsız edir. Buna görə də sudan yalnız məişətdə istifadə edirlər.
Bulaqdan qaynayan su müalicəvi əhəmiyyətə də malikdir. Deyilənə görə sudan istifadə etməklə boyrək və bir sıra digər xəstəliklərdən sağalmaq mümkündür. Hal-hazirda Ərçivan kəndindəki yanar bulaq kompleksi dövlət əhəmiyyətli tarixi abidə kimi qorunur.