Facebook Pixel Code
GoMap XƏRITƏ
Asnı bulağı
Baxış sayı:
  • Ünvan:
    Kəngərli, AZ7402
Avtobus

Kəngərli rayonunu Qarabağlar kəndindəki yaşlı adamların söyləmələrinə görə, Asnı dağındakı bulağın suyu uzaq Göycə (Sevan) gölünün suları ilə əlaqədardır. Keçmiş vaxtlarda Qarabağlar (Qalaçıq) şəhərinə, uzaq Göycə mahalından Ağbulaqlı bir tacir karvan ilə daş duz aparmaq üçün Naxçıvana gedən vaxt Qalaçıqdakı bazarda dayanmalı olur. O, bir şəxsin əlində özünün əvvəllər itirdiyi naxışlı əl ağacını görərək tanıyır və sevincək on il əvvəl başına gəlmiş kədərli hadisəni xatırlayır. Göycə gölündən qayıqla keçən zaman qəflətən yaranan tufan nəticəsində qayıq çevrilmiş və tacir çətinliklə üzüb çıxmışdır. O, hadisədən sonra suda batan mallarından çox, qara ağacdan yonulmuş naxışlı əl ağacının suda batmasına heyfislənmişdir. Tacir özünün əl ağacını qalaçıqlı şəxsdən alaraq sübut etmək üçün yivli baş hissəsini burub açır və içərisindəki gizlətdiyi qızıl sikkələri yerə tökür. Camaat təəccüblənərək tacirin (qonağın) əl ağacı ilə qızıllarını özünə qaytarırlar. Tacir isə halallıq kimi qızılların yarısını itmiş əl ağacını tapan şəxsə verib və onun haradan tapdığını soruşur. Ağacı tapan şəxs Allaha şükr edərək, əl ağacını təpədəki Asnı bulağından tapdığını söyləyir. Həmin əhvalatı eşidən Qalaçıqlılar (Qarabağlılar) Asnı bulağını Allahın möcüzəsi kimi müqəddəs bilib, oranı pirə çevirmişlər Tacir isə qalan qızılları xərcləyərək Asnı bulağında min baş erkək qurbanlıq quzu kəsdirməklə əhaliyə ehsan vermişdir.

Ərazidə qədim dövrlərdə güclü zəlzələlər olaraq dağdan vulkan püskürmüşdür. Qalınlığı 2-3 metrədək olan vulkan külü nəinki kənddə, hətta ətraf ərazilərdə belə qalmaqdadır. Ərazidəki Qarabağlar (Qalaçıq) şəhəri 2.081 m. yüksəklikdə Dərələyəz dağ silsiləsindəki mövcud vulkan püskürməsi nəticəsində qədim İnsanların yaşayış məskənləri (evləri) uçaraq yanıb dağılmış, əhali Yaradana asi olduqlarından kütləvi sürətdə məhv olmuşlar. Uçuq şəhərdən qalmıış azacıq sayda əhali şikəst vəziyyətdə olaraq mömün çoban Bəydillinin tabın-tayfası tərəfindən Qalaçığı tikib qurmuş və sonrakı nəsillərə ötürmüşlər. Kənddəki Asnı (asi) bulağının suyu həmin zəlzələdən sonra yaranmışdır.

Asnı bulağının suyunun tərkibi təmiz və şəffaf olmaqla düzənlikdən çıxaraq axıb kəndə tərəf tökülür. Bulağın suyunun axım əmsalı dəqiqədə 1.000 dekolitirdən çox olaraq sürəti saniyədə 2 metrə çatır. Bulağın çıxdığı yerdə suyun eni 3 metr dərinliyi isə 2,3 metrdir. Orada yabanı Qara çalı, itburnu (həməsur), yemişan kolları ilə bərabər cır armud, alma, alça kimi meyvə ağacları bitmişdir. Sonradan adamlar su arxı boyunca söyüd və iydə ağaclarını əkmişlər. Bulağın başında bitmiş Qara çalı kolunun budaqlarına, ziyarətə gələnlər niyyət edərək rəngli parça qırıntıları kolun budaqlarına bağlayarlar.

http://elxan.azersayt.com/blog.html?page=commentstemp4&member=Sirab&newsid=143950

Son xəbərlər