Facebook Pixel Code
GoMap XƏRITƏ
İsa bulağı
Baxış sayı:
  • Ünvan:
    Allahqulular kənd yolu, Şuşa, AZ5800
Avtobus

İsa bulağı Şuşa rayonu ərazisində, rayon mərkəzindən 4 kilometr məsafədə, Qarabağ silsiləsində, dəniz səviyyəsindən 1600 metr yüksəklikdə, çox mənzərəli qalın meşələr qoynunda yerləşən səfalı istirahət guşəsidir. Azərbaycanın, Qarabağın ən məşhur istirahət yeri hesab olunur. Yerli məlumata görə, İsa bulağı XVIII əsrdə ilk dəfə onu qalın meşəlikdə üzə çıxarmış İsa adlı bir nəfər biçinçinin adı ilə bağlı olaraq belə adlanmışdır. Əlbəttə, başqa mülahizələr də vardır. İsa bulağının suyu həm soyuq, həm xeyirli, həm də göz yaşı kimi dumdurudur.

Şuşalılar və şəhərin qonaqları tez-tez adətən orada istirahət etməyi xoşlayırdılar. Ayrı-ayrı musiqiçilər, çalğıçı dəstələri istirahət edənləri əyləndirirdilər. İsa bulağına gələn hər çalğıçı dəstəsinin öz xanəndəsi olardı. Xan əmi (Şuşinski) də tez-tez orada qardaşı tarzən Allahyar və kamançaçısı ilə çıxış edərdi. Xan əmi oxuyanda "Hedirilü" ləqəbli bir hanbal da məclisə gələrdi. Onun gəlişi hamının ürəyincə olardı. Xan əmi də, bütün iştirakçılar da (əsasən şuşalılar) Hedirillinin rəqsinin azarkeşi idilər. Hedirilli rəqs edəndə oturanların çoxu ona şabaş verirdi, o da mahnı bitən kimi şabaşı çalğıçılara vermək əvəzinə, öz cibinə basıb aradan çıxardı. Bunu görənlər də ürəkdən gülərdilər. Maraqlıdır ki, Hedirilli heç zaman eyni məclisdə ikinci dəfə oynamazdı.

Məşhur xanəndə, İsa bulağının susmaq bilməyən bülbülü Mürsəl kişini (soyadı Hacıyev idi) bütün Şuşada, Qarabağda hamı tanıyırdı. O, hər gün İsa bulağına ən sadiq olan 110 yaşlı Mürsəl babanı 1988-ci ildə xaincəsinə qətlə yetirdi. İsa bulağına gəlib Mürsəl əminin səsinə qulaq asmamaq günah sayılardı. Yəqin ki, hələ bundan sonra da uzun müddət tarçalan Əvəzin, kamançaçı Şirinin müşayiəti ilə İsa bulağında oxuyan xanəndə Mürsəlin zəngulələri onu eşidib-görənlərin xatirindən silinməyəcəkdir.

Nazim Tapdıqoğlu Qarabağın tacı Şuşam

Son xəbərlər