Facebook Pixel Code
GoMap XƏRITƏ
Alban məbədi
Baxış sayı:
  • Ünvan:
    Aşağı Əskipara, Qazax, AZ3514
Avtobus

Aşağı Əskipara kəndində yerləşən alban xristian məbədinin inşa tarixi haqqında tədqiqatçılar arasında yekdil fikir yoxdur. A.L.Yakobson onu VI əsrə, İ.P.Şeblıkin VII-IX əsrlərə, N.M.Tokarski X əsrə, D.Şərifov X-XI əsrə aid edir. Məbəd günbəzli, dörd apsidalı tikilidən ibarətdir. Hündür, səkkiztilli baraban alçaq, konusvari örtüklə tamamlanır. Məbədin cənub və qərb tərəfdən iki qapısı vardır. Mehrab şərq tərəfdə yerləşir. Onu iki yandan hücrələr əhatələyir. Məbədin döşəməsi dördkünc əhəngdaşı ilə döşənmişdir.

Vəli Baxşəliyev Azərbaycan arxeiologiyası

Son xəbərlər