Facebook Pixel Code
GoMap XƏRITƏ
Alban məbədi
Baxış sayı:
  • Ünvan:
    Ağdam, AZ0200
Avtobus

Xristian abidələrinə misal olaraq Ağdam rayonunun Sofulu kəndində Govurqalada qazıntılar zamanı aşkara çıxarılmış birnefli məbədi qeyd etmək olar. Məbəd daşdan tikilib. Məbədin ibadət salonu (62 kv.m) və ona şimal-şərq tərəfdən bitişik olan xidmət otaqları var. İbadət salonunun şərq qurtaracağında yarımdairəvi absidası və mehrab üçün kürsülüyü (səcdəgahı) mövcuddur. İbadət salonu və kürsülük yaxşı yonulmuş daşla səliqəli döşənmişdir. Bəzi döşəmə daşlarında qazıma xətlərlə həndəsi fiqurlardan ibarət ayin əhəmiyyətli təsvirlər verilmişdir. Məbəddən çoxlu xaç təsvirli daşlar, daş və gipsdən həndəsi fiqurlar və nəbati təsvirli memarlıq hissələri tapılmışdır. Tikintilərdən məlum olur ki, məbədin kirəmit örtüyü olmuşdur. Məbəd VIII-X əsrlərə aid edilir.

Vəli Baxşəliyev Azərbaycan arxeologiyası

Son xəbərlər