Facebook Pixel Code
GoMap XƏRITƏ
Alban məbədi
Baxış sayı:
  • Ünvan:
    Daş Salahlı, Qazax, AZ3518
Avtobus

Avey məbədi Qazax rayonunu Daş Salahlı kəndində, Aveydağ silsiləsinin uca zirvəsində yerləşir. 1988-1989-cu illərdə məbədin cənubunda arxeoloji qazıntılar aparılmışdır. Məbəd kompleksi düzbucaq biçimli böyük binadan və ona birləşən kiçik yardımçı otaqlardan ibarətdir. Binanın daxili aralıq qapı ilə 4,5x3,5 m və 3,5x2,5 m olmaqla iki otağa ayrılır. Böyük otağın şərq divarında tağ formalı absida yerləşir. Otağın tavanı günbəzvaridir. Məbədin arxa hissəsindəki kiçik otağın şərq tərəfində tağ formalı apsida mehrab yerləşir. Məbəd kompleksinə daxil olan ikinci tikili əsas binanın şimal-şərq hissəsindədir. Onun qapısı qərbdəndir. Arxeoloji qazıntı zamanı məbədin cənubunda qəbiristanlıq üzə çıxarılmışdır.

Vəli Baxşəliyev Azərbaycan arxeologiyası

Son xəbərlər