Facebook Pixel Code
GoMap XƏRITƏ
Azərbaycan Dövlət Musiqili Teatrı
Baxış sayı:
  • Ünvan:
    Zərifə Əliyeva, 8, Bakı, Səbail, AZ1005
  • Telefon:
    (+994 12) 598-49-17 (inzibatçı), (+994 12) 498-13-21 (köməkçi), (+994 12) 493-29-85 (mühasibatlıq)
  • Web səhifə:
  • E-poçt:
Avtobus
Azərbaycan Dövlət Musiqili Komediya TeatrıMüstəqil Musiqili Komediya Teatrı 1938-ci ildə Azərbaycan və rus bölmələri ilə təşkil edilmiş və teatr həmin ilin sentyabr ayından rəsmi olaraq Azərbaycan Dövlət Musiqili Komediya Teatrı statusu almışdır.Böyük Vətən Müharibəsinin başlaması səbəbindən hökumətin qərarı ilə teatrın iş rejimi yenidən qurulmuşdur.Teatrın kollektivə Azərbaycan Dövlət Agitasiya Teatrı funksiyası verilmişdir.Hökumət 1942-ci ilin avqustda təbliğat teatrının yenidən Azərbaycan Dövlət Musiqili Komediya Teatrı adlandırılması barədə əmr vermişdir.Azərbaycan Dövlət Musiqili Komediya Teatrına 1943-cü ilin avqust ayında nasir-dramaturq, publisist, "Molla Nəsrəddin" jurnalının banisi Cəlil Məmmədquluzadənin adı verilmişdir.Teatrın repertuar tarixinə nəzər saldıqda "Beş manatlıq gəlin” , "Ər və arvad”, "Evlikən subay” sonralar isə "Toy kimindir?” , "Qızıl gül” , rus bölməsində isə "Mavi mazurka” , "Arşın mal alan” , "Sirk kraliçası” , "Malinovkada toy”,Tofiq Quliyevin “Qızılaxtaranlar”,Rauf Hacıyev “Kuba mənim məhəbbətim” tamaşalarını,Məhərrəm Əlizadənin və Fikrət Əmirovun "Gözün aydın",Sabit Rəhman və Süleyman Ələsgərovun "Ulduz", Sabit Rəhman və Emin Sabitoğlunun “Hicran” musiqili komediyalarını və sair görmək olar.Teatrda müxtəlif illərdə Abbas Mirzə Şərifzadə,Soltan Dadaşov,Şəmsi Bədəlbəyli və sair rejisorlar,Bəşir Səfəroğlu,Alleqrov,Lütfəli Abdullayev kimi aktyorlar fəaliyyət göstərmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2013-cü il 4 oktyabr tarixli qərarı ilə Azərbaycan Dövlət Musiqili Komediya Teatrı Azərbaycan Dövlət Musiqili Teatrı adlandırıldı.10 mart 2014-cü il – Azərbaycanda peşəkar milli teatr sənətinin yaranmasının 141-ci ildönümündə Azərbaycan Dövlət Musiqili Teatrının təntənəli açılışı mərasimi keçirilmişdir.
Son xəbərlər