Facebook Pixel Code
GoMap XƏRITƏ
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı
Baxış sayı:
  • Ünvan:
    Nizami, 113, Bakı, Nəsimi, AZ1000
  • Telefon:
    (+994 12) 493-16-51, (+994 12) 493-31-88 (tickets)
  • Faks:
    (+994 12) 493-16-51
  • E-poçt:
Avtobus
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı — Birləşmiş Dövlət Teatrı kimi 1920-ci ildə yaradılıb. 1924-cü ildən opera truppası bu teatrdan ayrılaraq müstəqil Opera və Balet Teatrı fəaliyyət göstərib. Azərbaycanda Opera sənətinin əsası dahi Üzeyir Hacıbəylinin şərq və müsəlman aləmində ilk opera əsəri olan “Leyli və Məcnun”-la qoyulmuşdur. 1911-ci illərdə məşhur inşaatçı-mühəndis, memar N.Q.Bayevin layihələşdirdiyi teatr binası inşa edilərək hazır olur ve beləcə Bakının tam mərkəzində gözəl memarlıq üslubunda-qotik üslubda cah–cəlalli bir bina ucalır. 1928-ci ildə teatra M.F.Axundovun adı verilmişdir. Bu sənət məbədi 1959 - cu ildən Akademik Opera və Balet Teatrı adlanır. Ötən dövr ərzində inkişaf edən bu teatr indi respublikanın mədəni həyatının əsas mərkəzlərindən biridir. Azərbaycanın opera və balet sənətində yaxşı olan hər şey burada mərkəzləşmişdir. Müxtəlif dövrlərdə Opera və Balet Teatrının səhnəsində bir çox dünya şöhrətli sənətkarlar – Fyodr Şalyapin, Leonid Sobinov, Valeri Barsov, İrina Arxipova, Yelena Obraztsova, Mariya Bieşu, Maya Plisetskaya, Vyaçeslav Qordeyev, Zurab Sotkilava, Vladislav Pyavko, Monserrat Kabalye, Anastasiya Voloçkova, Svetlana Zaxarova və b. çıxış etmiş və bu gün də çıxış etməkdədirlər.Bu gün Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı paytaxtımızın aparıcı sənət ocağıdır. Onun repertuarında milli, klassik opera və balet sənətinin bir çox dəyərli nümunələri möhkəm yer tutur. Teatrda 4 böyük kollektiv – opera truppası, simfonik orkestr, balet truppası və xor kollektivi fəaliyyət göstərir.
Son xəbərlər