Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət və İncəsənət Universiteti "Səda" Tədris Teatrı
Baxış sayı:
  • Ünvan:
    Hüseyn Cavid, Bakı, Yasamal, AZ1141
  • Telefon:
    (+994 12) 510-35-98, (+994 12) 538-76-08
Avtobus
“Səda” Tədris Teatrı 1962-ci ildə İncəsənət İnstitutunun nəzdində yaradılmışdır. Teatrın səhnəsində tələbələrin tamaşaları, kurs işləri buraxılış kurslarının diplom tamaşaları nümayiş olunur.Nəzəriyyə ilə praktika Tədris teatrında birləşir.Yaradılmasından bu günki dövrə qədər Tədris Teatrının səhnəsində Axundzadənin "Xırs quldurbasan", "Molla İbrahimxəlil kimyagər", Əbdülrəhim bəy Haqverdiyevin "Dağılan tifaq", Üyezir Hacıbəylinin "O olmasın, bu olsun", "Arşın mal alan", Cabbarlının "Od gəlini", "Aydın", "1905-ci ildə", "Solğun çiçəklər", Cəlil Məmmədquluzadənin "Ölülər", Səməd Vurğunun "Vaqif", Süleyman Rüstəmin "Qaçaq Nəbi", "Çimnaz xanım yuxudadır",Əfəndiyevin "Mahnı dağlarda qaldı", "Büllur sarayda", Molyerin "Meşşanın zadəganlığı", "Kəndçi adaxlı", "Mizantrop",Şeksprin "Otello", "On ikinci gecə",Dumbadzenin "Unutma, ana" əsərləri, eləcə də onlarla digər müəlliflərin pyesləri uğurla tamaşaya qoyulub.Son illər ərzində “Səda” Tədris Teatrında hazırlanan bir çox tamaşalar müxtəlif xarici ölkələrin keçirdiyi beynəlxalq festivallarda uğurla çıxış edərək, mükafat və sertifikatlar almış, laureat adına, hətta incəsənət sferasında ən böyük mükafat sayılan "Qran-pri" mükafatına layiq görülmüşlər. Bu gün “Səda” Tədris Teatrının ikimərtəbəli binası, 190 nəfərlik tamaşaçı zalı, geniş səhnəsi, səs yazma studiyası, müxtəlif məşq otaqları var ki, burada istənilən tamaşanı hazırlamaq və nümayiş etdirmək mümkündür.
Son xəbərlər