Facebook Pixel Code
GoMap XƏRITƏ
Dövlət Yuğ Teatrı
Baxış sayı:
Avtobus
Dövlət “Yuğ” teatrıAzərbaycan Dövlət "Yuğ" Teatrı 1989-cu ildə Azərbaycan Akademik Milli Dram Teatrının nəzdində öz sənət eksperimentləri ilə milli mədəniyyətdə istisnalar cərgəsi əmələ gətirmiş rejissor Vaqif İbrahimoğlu və istedadlı aktyor Həsənağa Turabov tərəfindən yaradılmışdır.1993-cü ildə teatra Dövlət statusu verilmişdir. 2011-ci ilə qədər teatrın bədii rəhbəri Vaqif İbrahimoğlu olmuşdur. 2011-ci ildən etibarən isə teatrın direktoru Tərlan Rəsulovdur. 2003-cü ildə "Yuğ" Teatrı Bakı milyonçusu Murtuza Muxtarov küçəsindəki köhnə hamamın binasına köçürülüb."Yuğ" Teatrının poetikası qədim türklərin "yuğlama" mərasimi,yəni həlak olmuş igidin şərəfinə qopuz, saz musiqisinin müşayətilə təntənəli surətdə keçirilən yas məclisi, şamançılıq ənənələrilə çağdaş Avropa teatr avanqardının prinsiplərinin sintezi üzərində qurulub. Burada bədən və söz autentik götürülür: sözlə bədənin reaksiyası və bədənin sözə verdiyi enerji məkanda tamaşa yaradan amil kimi qiymətləndirilir.Teatr öz repertuarda daha çox müasir müəlliflərin mətnlərinə müraciət edir və onların yozumunu (interpretasiyasını) mətlərin özündən daha önəmli sayır. Klassika ilə iş zamanı da bir qayda olaraq bu prinsip gözlənilir.Azərbaycan Dövlət "Yuğ" Teatrı öz fəaliyyəti dövründə 70-dən çox tamaşanı səhnələşdirmişdir. Teatr bir çox beynəlxalq festivallarda iştirak etmişdir. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin müvafiq qərarına əsasən 2016-cı ilin fevraldan etibarən “Yuğ” Dövlət Teatrı yaradıcılıq fəaliyyətini Azərbaycan Dövlət Kukla Teatrında davam etməkdədir.
Son xəbərlər