Facebook Pixel Code
GoMap XƏRITƏ
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı
Baxış sayı:
Avtobus
GTT1927-ci il mart ayının 15-də Bakı Uşaq Teatrı pioner və məktəblilərin bədii özfəaliyyət dram dərnəklərinin əsasında yaranmışdır. 1928-ci ildə Azərbaycan Xalq Maarif Komissarlığının qərarı ilə Bakı Uşaq teatrı rəsmi olaraq fəaliyyətə başladı. 1936-cı il iyul ayının 18-dən etibarən Bakı Uşaq teatrı Azərbaycan Xalq Maarif Komissarlığının əmrinə əsasən «Azərbaycan Dovlət Gənc Tamaşaçılar Teatrı» adlandırıldı . Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı səmərəli fəaliyyətinə görə 1979-cu ildə yüksək mükafata - «Şərəf» nişanı Ordeninə, 1978-ci ildə Respublika Lenin Komsomolu Mükafatı Laureatı adına layiq görülmüşdür. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 1989-cu ildə öz tamaşaçılarını indiki binada qarşıladı. Teatr həmişə olduğu kimi öz ənənəsinə sadiq qalaraq, hər yeni teatr mövsümündə daha maraqlı tamaşalarla geniş tamaşaçı auditoriyasını əhata etdi. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı bu gün də öz ənənəsinə sadiq qalaraq, bütün yaş təbəqələrini əhatə edən yeni-yeni maraqlı tamaşalarla öz tamaşaçılarını sevindirməkdədir. Bu illər ərzində teatr uşaqlara və yeniyetmələrə səmərəli xidmət göstərmiş, gənc nəslin mənəvi - əxlaqi, xeyirxahlıq və vətənpərvərlik ruhunda tərbiyə edilməsində mühüm rol oynamışdır.Gənc nəslin mənəvi cəhətdən kamilləşməsində, onların dünyagörüşlərinin formalaşmasında və Vətənə məhəbbət ruhunda tərbiyə olunmasında əvəzsiz xidmətləri olan teatr bu istiqamətdə bir sıra əhəmiyyətli layihələrə imza atıb. Belə ki, ölkənin qabaqcıl təhsil müəssisələri ilə “Teatr, təhsil və mənəviyyatımız”, “Biz teatrı sevirik”, “ İlk tələbə bileti, teatrla ilk tanışlığın sevinci”, Azərbaycanın dahi şəxsiyyətlərini daim diqqətdə saxlayan “Zirvədəki şəxsiyyətlər”, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş “Şəhidlər ölməz, Vətən bölünməz” layihələrini həyata keçirmişdi. Teatr müxtəlif vaxtlarda Moskva, Volqoqrad, Tümen, Krasnodar, Selinoqrad, Tbilisi, İrəvan, Daşkənd, Aşxabad, Kazan və başqa şəhərlərdə beynəlxalq teatr festivallarında və qastrol səfərlərində uğurla çıxış etmişdir.
Son xəbərlər