Facebook Pixel Code
GoMap XƏRITƏ
Azərbaycan Dövlət Pantomima Teatrı
Baxış sayı:
Avtobus
Dövlət Pantomima Teatrı - Dövlət Pantomima Teatrı Azərbaycan teatr tarixində ilk pantomima teatrıdır. Teatrın bu növünün əsas üstünlüklərindən biri onun beynəlxalq dilə malik olmasıdır. Pantomima üçün heç bir məhdudiyyət yoxdur. Azərbaycanda pantomima teatrının əsasını qoyan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Səhnə hərəkəti və xareoqrafiya” kafedrasının dosenti, Respublikanın Əməkdar İncəsənət xadimi Bəxtiyar Xanızadədir. O, 1987-ci ildə Sankt-Peterburq Dövlət Teatr , Musiqi və Kinomatoqrafiya Akademiyasını bitirmişdir. Dövlət Pantomima Teatrı 16 may 1994-cü ildə Respublikanın Mədəniyyət naziri Polad Bülbüloğlunun sərəncamı ilə “Dəli yığıncağı” Pantomima teatr-studiyası kimi yaranmış və Gənc Tamaşaçılar Teatrının nəzdində fəaliyyət göstərmişdir. Bu teatr Azərbaycan tamaşaçısına teatr sənətinin bir qolu olan pantomima janrını tanıtmaq və sevindirmək kimi məsuliyyətli bir işi öz üzərinə götürüb. Pantomima teatrının aktyorları dünya şöhrətli gürcü rejissoru Robert Sturuanın tələbələri olmuşlar. 2000-ci il 06 mart tarixində “Dəli yığıncağı” pantomima teatr-studiyasına Dövlət statusu verilmişdir.Teatrın baş rejissoru Bəxtiyar Xanızadədir. Hal-hazırda teatr "Azadlıq" prospekti, 49-da yerləşən köhnə "Şəfəq" kinoteatrının binasında fəaliyyətini davam etdirir. Sərbəst xoreoqrafik etüdlərlə pantomima sənətinin kəsişdiyi nöqtədə işləyən teatr Gürcüstanda, Ukraynada, Rusiyada, Türkiyədə, İranda, Fransada, Almaniyada, Avstriyada, Misirdə, Finlandiyada, İsveçrədə və dünyanın bir sıra digər ölkələrində ya festivallar, ya qastrol səfərləri çərçivəsində öz orijinal tamaşaları ilə Azərbaycana başucalığı gətirib.http://pantomima.az/az/faq.php?cat_id=1http://azteatr.musigi-dunya.az/file?id=88&dt=39
Son xəbərlər