Facebook Pixel Code
GoMap XƏRITƏ
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı
Baxış sayı:
  • Ünvan:
    Füzuli, 1, Bakı, Yasamal, AZ1009
  • Telefon:
    (+994 12) 596-30-53 (kadrlar şöbəsi), (+994 12) 594-44-03 (inzibatçı), (+994 12) 596-26-47 (kassa), (+994 12) 596-34-51 (mühasibatlıq)
  • Faks:
    (+994 12) 597-07-22, (+994 12) 596-78-27
  • Web səhifə:
  • E-poçt:
Avtobus
10 mart 1873-cü il həm milli peşəkar teatrımızın və eyni zamanda həm də bugünkü Akademik Milli Dram Teatrının yaranma tarixidir. Bu tarixdə H.B.Zərdəbi, N.B. Vəzirov və Ə.Adıgözəlovun təşəbbüsü, M.F.Axundovun fəal iştirakı ilə Bakıda "Lənkəran xanının vəziri" və "Hacı Qara" komediyaları səhnələşdirildi. Teatrda əvvəllər müxtəlif truppalar şəklində "Nicat", "Səfa" , "Həmiyyət" mədəni-maarif cəmiyyətləri nəzdindəki teatr dəstələrində, həmçinin "Müsəlman Dram Artistləri İttifaqı", "Hacıbəyov qardaşları müdiriyyəti" şəklində tamaşalar hazırlanmışdır. Azərbaycan Teatrının adı müxtəlif illərdə Hökumət teatrosu, Birləşmiş Dövlət Teatrosu, Azərbaycan Türk Dram Teatrosu və s. adlandırılmış, Dadaş Bünyadzadənin və Məşədi Əzizbəyovun adlarını daşımışdır.Sənət ocağı 1991-ci ildən Akademik Milli Dram Teatrı adlanır. Teatrda bu günə kimi Mirzə Fətəli Axundovun "Hacı Qara", Cəlil Məmmədquluzadənin "Ölülər" , Vilyam Şekspirin "Hamlet" , Hüseyin Cavidin “ Səyavuş” ,Səməd Vurğunun "Vaqif" və sairə əsərləri tamaşaya qoyulmuşdur. Akademik teatrda üç aktyor məktəbi var:• Romantik aktyor məktəbi;• Realist aktyor məktəbi;• Lirik-psixoloji üslublu aktyor məktəbi.Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı binası klassik və modern üslubda tiklimişdir. Bina xüsusi olaraq teatr binası kimi inşa edilmişdir. Binanın memarları Q. Əlizade və M.M. Əmmədov olmuşdur.
Son xəbərlər