Şuşa Dövlət Musiqili Dram teatrıŞuşa Dövlət Musiqili Dram teatrı Azərbaycan Respublikası Nazirlər Sovetinin 11 may 1990-cı il tarixli 200 saylı Qərarı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 25 may 1990-cı il tarixli 192 saylı əmri ilə fəaliyyətə başlamışdır.1992-ci ildə Şuşa şəhəri işğal edildikdən sonra kollektiv Bakıya pənah gətirərək yaradıcılıq fəaliyyətini Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının binasında davam etdirir. Yarandığı ilk gündən teatr öz repertuarını dünya dramaturgiyasının ən gözəl nümunələri ilə yanaşı, klassik və müasir Azərbaycan ədəbiyyatı ilə də zənginləşdirmiş və hazırladığı bir çox maraqlı tamaşalarla teatrsevərlərin rəğbətini qazanmışdır. Şuşa Teatrı 1994-cü ildə «Mono tamaşalar», 1998-ci ildə «Eksprimental tamaşalar», 1999-cu ildə «Milli klassika və teatr», 2000-ci ildə «Festivallar festivalı» respublika teatr festivallarının iştirakçısı olmuş, 2002-ci ildə isə Üzeyir Hacıbəyovun «Əyri oturaq, düz danışaq» tamaşasına görə «Qızıl dərviş» mükafatına layiq görülmüşdür.