Facebook Pixel Code
GoMap XƏRITƏ
Palçıq vulkanı
Baxış sayı:
  • Ünvan:
    Hövsan şosesi, Bakı, Suraxanı, AZ1018
Avtobus
Palçıq vulkanı HövsanPalçıq vulkanları bir qayda olaraq qaz və neft ehtiyatları olan ərazilərdə təsadüf edilir. Bu fakt Azərbaycanın zəngin karbohidrogen yataqlara malik olmasını bir daha sübut edir. Palçıq vulkanlarının püskürmələri maqmatik vulkanlardan fərqli olaraq qəfildən başlayır və qısa müddətli olur. Vulkan püskürdükdə güclü partlayış baş verir, krater üzərində 250-500 metrlik alov sütunu əmələ gəlir. Palçıqla birlikdə süxur qırıntıları 40-90 m hündürlüyə atılır və bu kütlə ətrafa yayılır. Bundan başqa, güclü püskürmədə vulkanın krater sahəsindən başlayaraq müxtəlif istiqamətdə iri çatlar əmələ gəlir. Onların uzunluğu bəzən 1 km və daha artıq olur, eni 5 metrə, dərinliyi isə 500 metrə çatır. Hər il Azərbaycanda orta hesabla 3-5 və daha çox vulkan püskürür. Hövsan şosesində yerləşən vulkanın palçığı bir sıra xəstəliklərin - əsəb sistemi, dəri və oynaq xəstəliklərinin müalicəsində uğurla istifadə olunur. Burda yerləşən vulkan digər palçıq vulkanı xüsusiyyətlərini daşıyır.
Son xəbərlər