Palçıq vulkanı SahilAzərbaycan ərazisində palçıq vulkanları qeyri-bərabər yayılmışlar. Onlar bu və digər ölçüdə – kiçik və çox iri yüksəklikdən ibarət olub, Böyük Qafqazın cənub - şərq batımının, Küryanı ovalığın, Bakı arxipelağı, Abşeron yarımadası və Abşeron arxipelağının müasir relyefinin əmələ gəlməsində böyük rol oynayırlar. Geomorfoloji əlamətlərinə görə, Abşeron vilayəti şimal - qərb, cənub - qərb, şərq və Xəzər dənizi akvatoriyası kimi dörd hissəyə bölünür. Qərb zonasında Keyrəki, Zigilpiri, Qobu – Bozdağı, Güzdək – Bozdağı və sairə palçıq vulkanları yerləşir. Cənub - qərb zonası Abşeron yarımadasının mərkəzi və qərb hissələrini əhatə edir. Bu zonada Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən vulkan, Lökbatan, Quşxana, Axtarma və başqa palçıq vulkanlarının konusları ucalır.