Facebook Pixel Code
GoMap XƏRITƏ
Mingəçevir su anbarı
Baxış sayı:
  • Ünvan:
    Mingəçevir, Mingəçevir, AZ4500
Avtobus

Kür çayının Bozdağdan keçdiyi yerdə yaradılmış Mingəçevir su anbarı 1953-cü ildə istismara verilmişdir. Su anbarının normal dolma səviyyəsində (83 m) ümumi sututumu 15730 mln. m3, faydalı həcmi isə 8210 mln. m3-dir. Su anbarının çay boyu uzunluğu 70 km, eni 3 km-dən (bənddə) 18 km-ə qədər (Alazan çayı tökülən yerdə) dəyişir. Maksimal dərinliyi 75 m, orta dərinliyi 26 m, sahil xəttinin uzunluğu 247 km, su güzgüsünün sahəsi isə 605 km2-dir. Mingəçevir su anbarı bəndinin üstdən uzunluğu 1550 m, eni 16 m, hündürlüyü 80 m-dir. Mingəçevir su anbarından Yuxarı Qarabağ və Yuxarı Şirvan kanalları su götürür. Su anbarından həmçinin balıqçılıq, su təchizatı və rekreasiya məqsədi üçün də istifadə olunur. Mingəçevir su anbarının bəndində ümumi gücü 371 min kvt olan 6 hidroaqreqatdan ibarət su-elektrik stansiyası (SES) tikilmişdir. Mingəçevir su anbarı istismara verildikdən sonra yalnız 1959, 1963, 1968, 1973, 1975, 1976, 1978 və 1988-ci illərdə tam həcmdə doldurulmuşdur.

http://mst.gov.az/MST/SA_2.html

Son xəbərlər