28 noyabr 2008-ci il tarixində Azərbaycan Mərkəzi Bankı tərəfindən 253 saylı lisenziya almış AFB Bank ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdir. Bank Qanununun 19-cu maddəsinə əsasən AFB Bank Bank olaraq Açıq Səhmdar Cəmiyyəti kimi təsis olunmuşdur. Azərbaycan bank bazarının subyektlərindən biri kimi “AFB Bank” Açıq Səhmdar Cəmiyyəti ölkə iqtisadiyyatını və hökümətimizin monetar siyasətini dəstəkləməklə yanaşı, daim dinamik inkişafa hədəflənmiş səmərəli və təmkinli, az riskli və ölçülü fəaliyyətə üstünlük verir. Bankın fəaliyyət müddəti zamanla məhdudlaşmır. Bank Azərbaycan Respublikasının Mərkəzi Bankından aldığı bank lisenziyasında qadağan edilməyən bütün fəaliyyət növləri ilə məşğul olur.