Facebook Pixel Code
GoMap XƏRITƏ
"Access Bank" QSC (Binəqədi filialı)
Baxış sayı:
Avtobus
Azərbaycan Mikromaliyyələşdirmə Bankı (AMMB) QSC 29 oktyabr 2002-ci ildə Bakıda fəaliyyət göstərməyə başlayıb. 8 sentyabr 2008-ci il tarixindən Bank adını dəyişdirərək öz fəaliyyətini «AccessBank» olaraq davam etdirməyə başlayıb. Bank qısa müddət ərzində sürətlə inkişaf edib və nəticədə böyük nailiyyətlər əldə edib. Aşağıda ən zəruri inkişaf mərhələləri göstərilir.2012AccessBank, The Banker jurnalı tərəfindən «Azərbaycanda ilin bankı» adına layiq görülüb;Michael Hoffmann AccessBank-ın İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib;Azərbaycanda Beynəlxalq Əmanət Günü qeyd olunur;AccessBank-ın 10 yaşı tamam oldu!;AccessBank kredit kartlarını istifadəyə buraxıb;Euromoney, AccessBank-ı Azərbaycanın ən yaxşı bankı elan edib;AccessBank-ın depozit portfeli 200 milyon ABŞ dollarını ötüb;AccessBank AYİB-dan 15 milyon ABŞ dolları cəlb edib;AccessBank-ın kreditlərini telefonlar vasitəsi ilə ödəmək olar;AccessBank öz səhmdar payının strukturunu dəyişdirəcək;AccessBank nizamnamə kapitalını artırdı;AccessBank avtomobillərin sığortalanmasına başlayıb;Fitch AccessBank-ın BB+ reytinqini təsdiqləyib;AccessBank Quba şəhərində özünün 30-cu filialını açıb;2011Fitch Ratings AccessBank-ın reytinqini Sabit proqnozla «BB+» səviyyəsində yenidən təsdiqləyib – bu, Azərbaycanın maliyyə institutları arasında ən yüksək reytinqdir;Global Finance jurnalı AccessBank-ı «Azərbaycanda ən yaxşı bank» adına layiq görüb;Euromoney Nəşriyyat Qrupunun ənənəvi “Ən Yaxşı Nəticələr” mükafatlandırma mərasimində, AccessBank “Azərbaycanda ən yaxşı bank” adına layiq görülüb. Bu nominasiyada bank artıq ikinci ildir ki, bu mükafatı qazanır;AccessBank, The Banker jurnalının keçirilən «İlin bankı» mükafatının təqdimat mərasimində «Azərbaycanda ilin bankı» adına layiq görülüb;2010Fitch reytinq agentliyi AccessBank-ın reytinqini bir daha BB+ səviyyəsində təsdiq etdi, bankın fərdi reytinqini isə “D” səviyyəsinə qaldırdı bu isə, Azərbaycanın özəl bankları arasında ən yüksək reytinqdir;Regionlarda 3, Bakıda 2 filial olmaqla bank 5 yeni filialını açmış və yeni Baş Ofisi üçün bina satın almışdır;5 milyon AZN həcmində ilk dividendlər səhmdarlar arasında paylanılmışdır. Banka yatırılan əmanətlər il ərzində 86% artaraq 152 milyon ABŞ dollarına çatmışdır. Bu bölüşdürülməmiş mənfəətlə birgə aktivlərin artmasına və xarici borclardan asıllığın azalmasına gətirib çıxarır;AccessBank özündə kişilərdən, qadınlardan və gənclərdən ibarət 11 milli futbol komandalarını birləşdirən Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş sponsoru olmuşdur;/li>AccessBank-ın İdarə Heyətinin sədri Azərbaycan Biznes Mükafatları mərasimində “İlin Bankiri” adına layiq görülmüşdür;Microfinance Information Exchange (MIX) AccessBank-ı ən yüksək şəffaflıq reytinqi olan “Beş brilliant” ilə mükafatlandırmışdır;Qafqaz ölkələri arasında yeganə olaraq AccessBank beynəxlaq Mikromaliyyələşdirmə Mərkəzinin İllik Konfrnasında müştəriləri mühafizə etmək sahəsində uğurlu təcrübəsinə görə mükafatla təltif olunmuşdur;Euromoney ənənəvi “Ən Yaxşı Nəticələr” mükafatlandırma mərasimində AccessBank-ı Azərbaycanın ən yaxşı bankı adına layiq görmüşdür;«Standard & Poor’s» reytinq agentliyi AccessBank-ı “Azərbaycanın ən şəffaf bankı” qismində qiymətləndirmişdir.2009Əsas meyarları Ətraf Mühit, Sosial və Korporativ Məsuliyyət və Korporativ İdarəetmə amillərindən ibarət olan AccessBank “2009 Financial Times Sustainable Banking Awards” tərəfindən Qərbi Avropanın üç ən sabit banklarından biri kimi tanınıb;AccessBank, Maliyyə Vəsaitlərinin Cəlb Olunması Mərkəzi tərəfindən Müştərilərin Mühafizəsi üzrə Beynəlxalq Kampaniyaya qoşulub və Azərbaycanda bu kampaniyaya qoşulmuş ilk bank olub..2008Daha güclü və dəqiq brend yaratmaq məqsədi ilə Azərbaycan Mikromaliyyələşdirmə Bankının adı dəyişilərək AccessBank olub;Fitch Ratings tərəfindən BB+ reytinqi verilib – bu, Azərbaycanda özəl banklara verilməsi mümkün olan ən yüksək reytinqdir;İl ərzində yeni təkrar maliyyələşdirmə kreditləri 80 milyon ABŞ dollarını ötüb – buraya AccessBank-ın debüt istiqrazlarının ikinci buraxılışı və bankın AYİB tərəfindən təyin olunan ilk sindikatlaşdırılmış kreditinin imzalanması daxildir;AccessBankın aqrokredit məhsulu Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən “Ən yaxşı kredit məhsulu” adına layiq görülüb;2007AccessHolding yeni səhmdar qismində qoşulub;Pərakəndə və “çarpaz sektor” məhsulları inkişaf etdirilib, o cümlədən: VISA debit kartları buraxılıb; əməkhaqqı layihələrinin işə salınması sayəsində işəgötürənlər üçün əməkhaqqının bilavasitə işçilərin bank hesablarına ödənilməsi üçün şərait yaradılıb; ilk POS terminallar və filiallardan kənar bankomatlar quraşdırılıb;Xüsusi aqrokredit məhsulları işlənib hazırlanaraq işə salınıb;Mikromaliyyələşdirmə üzrə M-CRIL reytinq agentliyindən Alpha reytinqi alınıb;Ümumilikdə 50 milyon ABŞ dollarından artıq həcmdə təkrar maliyyələşdirmə haqqında müqavilələr bağlanıb: buraya AccessBank-ın buraxdığı və beynəlxalq kapital bazarlarında Azərbaycan şirkəti tərəfindən buraxılan ilk istiqraz olan debüt istiqrazı; beynəlxalq özəl investor olan SNS Institutional Microfinance Fondundan alınan AZN denominasiyalı ilk istiqraz və Deutsche Bank-dan alınmış 10 milyon ABŞ dolları həcmində subordinasiyalı kredit daxildir.2006Əlavə depozit məhsullarının, pərakəndə kreditləşmənin, kredit kartlarının işə salınması, ilk bankomatların quraşdırılması, eləcə də VISA kart şəbəkəsinə və bir neçə digər pulköçürmə şəbəkələrinə qoşulma sayəsində pərakəndə biznes inkişaf edib.2005Müddətli depozitlərin açılmasına başlanıb və AccessBank SWIFT, Western Union və PrivatMoney kimi beynəlxalq pulköçürmə şəbəkələrinə qoşulub;Global Microfinance Facility (GMF), Blue Orchard, Deutsche Bank, Incofin və Triodos şirkətlərindən ilk qeyri-səhmdar kreditləri alınıb;Gəncə şəhərində ilk regional filial açılıb.2004Müştəri hesabları və pulköçürmə sistemləri işə salınıb.2003AYİB-dən 5 milyon ABŞ dolları məbləğində ilk təkrar maliyyələşmə krediti alınıb.2002Oktyabrın 29-da Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW and LFS Financial Systems tərəfindən Azərbaycan Mikromaliyyələşdirmə Bankı qismində təsis olunub.
Son xəbərlər