Facebook Pixel Code
GoMap XƏRITƏ
"MLC Sport" idman obektllərinin tikintisi
Baxış sayı:
Avtobus
MLC Sport Construction şirkəti idman obyektlərinin layihələndirilməsi, tikintisi, avadanlığla təmin olunması və servisi sahəsində xidmət göstərir. Şirkətin əsas fəaliyyəti minifutbol, voleybol və basketbol meydançaları, tennis kortları, böyük futbol meydanları və stadionları, universal idman meydançaları, gimnastika zalları, boks və güləş zalları kimi obyektlərin layihələndirilməsi və tikintisindən ibarətdir. Bizim şirkət, layihənin konsepsiyasının tərtib olunmasından hazır obyektin istifadəyə verilməsinə qədər bütün işləri aparır. Şirkət beton və asfalt örtüklərinin yüksəkkeyfiyyətli vurulması, mövcud idman meydançaların bərpa olunması və miniqolf meydançaların tikilməsi üzrə xidmət göstərir. Seçdiyiniz idman meydançasına vurulan idman örtlüyünə, idman avadanlığı və aksessuarlarına aid olan bütün suallara cavab veririk.Obyektlərin layihələndirilməsi ölkədə qüvvədə olan ekoloji, sanitar-gigiyenik, yanğinəleyhinə və digər insan həyatının təhlükəsizliyini təmin edən normativ sənəndlərə uyğun keçirilir. Şirkətin fəaliyyəti müddətində idman təyinatlı obyektlərin tikintisi üçün lazım olan professional və təcrübəli kollektiv toplanmışdır. Tikinti və idman normativlərinə riayyət olunması, idman avadanlığın dünya bazarının liderlərindən alınıb qurulması şirkətimizin mühədisləri, dizaynerləri, inşaatçıları və layihə quranların əsas iş prinsipləridir. Bütün növ idman örtükləri və idman avadanlıqları sertifikatlaşdırılmışdır. Sizin tələblərinizə uyğun olan idman avadanlığın və idman örtüyünün seşilməsində bizim mütəxəssislər Sizə yardımşı ola bilərlər. Bütün montaj işləri professional briqada tərəfindən icra olunur. Şirkətimiz öz tərəfindən münasib qiymət və yüksək keyfiyyətə zəmanət verir. Obyektin tikilməsi və ya bərpası bitdikdən sonra MLC Sport Construction şirkəti, obyektin bütün istismar müddətinə, zəmanət və texniki xidmət üzrə işləri öz üzərinə götürür. Şirkətin fəaliyyəti Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi tərəfindən yüksək qiymətlər almışdır.
Son xəbərlər