1996-cı ildən fəaliyyət göstərən Academix Xaricdə Təhsil Mərkəzi xaricdə məsləhət xidmətlərindən əlavə beynəlxalq təhsil müəssisələri və onların hədəflədiyi Azərbaycanlı tələbə potensiyalı arasında birləşdirici bağ yaratmağı qarşısına məqsəd olaraq qoymuşdur. Son illərdəki uğurlarımız ilə ardıcıl olaraq 2017/2018/2019-cu illərdə Şərqi Avropanın “Ulduz Agentliyi” mükafatına layiq görülmüşük. Academix Xaricdə Təhsil Mərkəzi Türkiyənin ilk xaricdə təhsil sərgiləri təşkilatçı firması olan və 2001-ci ildən bu yana Türkiyə və Azərbaycan başda olmaqla bir sıra ölkələrdə xaricdə təhsil sərgiləri təşkil edən Akare Yurtdışı Eğitim Fuarcılık şirkətinin qurucularındandır. Bu sərgilərdə Amerika, Kanada, Avstraliya və İngiltərə başda olmaqla dünyanın bir çox ölkəsindən gələn tanınmış universitet və dil məktəblərinin rəsmiləri sərgilərimizdə iştirak etməkdədir. İldə iki dəfə ölkəmizdə təşkil olunan Akare sərigilərində Academix stendimiz ilə də sizə xidmət göstərməkdəyik.